Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Mərkəzi Bank uçot dərəcəsini dəyişmək üçün konkret inflyasiya həddi müəyyən etməyib

AzVak-mobil_resmin_ustu_31
Mərkəzi Bank uçot dərəcəsini dəyişmək üçün konkret inflyasiya həddi müəyyən etməyib

Azərbaycan Mərkəzi Bankı inflyasiya müəyyən bir rəqəmə çatdıqda uçot dərəcəsini avtomatik dəyişdirmir.

Marja xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, faiz qərarları qəbul edilərkən cari inflyasiya ilə yanaşı, əsasən ortamüddətli inflyasiya proqnozları nəzərə alınır.

Reklam_3_11

“İnflyasiya 7%-ə çatanda və ya 6,1%-dən 6,2%-ə yüksələndə uçot dərəcəsini konkret həcmdə dəyişəcəyimizi söyləmək yanlış olardı. Qərarlar bir neçə amilin birlikdə qiymətləndirilməsi əsasında qəbul edilir”, – Taleh Kazımov bildirib.

AMB-nin proqnozlarına əsasən, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda qalacağı, 2028-ci ilin iyununda isə 4,4% səviyyəsində formalaşacağı gözlənilir.

Sabit məzənnə əsas lövbərdir

Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi makroiqtisadi və qiymət sabitliyinin qorunmasıdır.

AMB sədrinin sözlərinə görə, Azərbaycanda qiymət sabitliyinin təmin edilməsində əsas lövbər sabit məzənnə rejimidir. Uçot dərəcəsi isə bu siyasəti dəstəkləyən alət kimi çıxış edir.

Buna görə faiz qərarları qəbul edilərkən valyuta bazarındakı tələb və təklif, məzənnə ilə bağlı gözləntilər, xarici və daxili iqtisadi proseslər, eləcə də ortamüddətli inflyasiya proqnozu birlikdə nəzərə alınır.

Mərkəzi Bank 2026-cı ilin sonunda inflyasiyanın hədəfindən kənarlaşacağını gözləyir

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə illik inflyasiyanın 2026-cı ilin sonunda 6.1%, 12 ay sonra (yəni 2027-ci ilin iyun ayında) 6%, 2027-ci ilin sonunda isə 5.8% olacağı gözlənilir.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki, Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəfə qayıdacağı gözlənilir: "Qeyd edilməlidir ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən (2% - 6% aralığı) kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır.

Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil".

İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5.8% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 3.8% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

31.07.2026 11:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19