"Carlsberg Azerbaijan" PepsiCo-nun Azərbaycanda bottleri olacaq
"Carlsberg Group" "PepsiCo"nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək."Carlsberg Group" "PepsiCo" ilə strateji tərəfdaşlığını genişləndirir və yeni sazişə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən Azərbaycan Respublikasında "PepsiCo"nun bottleri olacaq.
Marja xəbər verir ki, yeni strateji tərəfdaşlıq çərçivəsində "Carlsberg Group" "PepsiCo"nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək.
"Carlsberg"in Xırdalandakı istehsal müəssisəsinin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə "PepsiCo" məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan "Mars Overseas" tərəfindən davam etdiriləcək.
Yeni razılaşmanın qüvvəyə minməsi ilə "Carlsberg" və "PepsiCo" 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan.
Genişləndirilmiş tərəfdaşlıq "Carlsberg Group" və "PepsiCo"nun Azərbaycanda uzunmüddətli artımı dəstəkləyən, genişləndirilə bilən və yerli bazarın tələblərinə uyğun içki istehsalı və distribusiya əməliyyatlarının qurulmasına dair ortaq öhdəliyini əks etdirir.
"Carlsberg Group"un İcraçı direktoru Yakob Aarup-Andersen qeyd edib: “PepsiCo ilə uzunmüddətli tərəfdaşlığımızın Azərbaycana da genişlənməsindən çox məmnunuq. Yeni razılaşma çərçivəsində PepsiCo-nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək”.
“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması Carlsberg Azerbaijan-ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, — deyə "Carlsberg Azerbaijan"ın baş direktoru Krasimir Lazarov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 2 saat əvvəl
-
5 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
6 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
7 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















