“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
Vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.(®) SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.
Yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız “SİMA İmza”nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.
Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.
“SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 d. sonra
-
- 3 d. əvvəl
- 12 d. əvvəl
- 32 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®






















