SpaceX-in səhmləri kəskin ucuzlaşmağa davam edir
İnvestorların riskli texnologiya şirkətlərindən uzaqlaşması fonunda İlon Maskın təsis etdiyi SpaceX-in səhmləri rekord həcmli ilkin kütləvi təklifdən (IPO) sonra dəyərinin beşdəbirini itirib. Şirkətin səhmləri iyunun 16-da qeydə alınmış zirvə səviyyəsindən 47% aşağı qiymətə ticarət olunur.
Marja xəbər verir ki, nəticədə SpaceX-in bazar dəyərindən 1,2 trilyon dollar silinib.
SpaceX-in səhmlərinin qiyməti IPO səviyyəsindən 20% aşağı düşüb. Səhmlər 5% ucuzlaşaraq 107,80 dollara enib. Bununla da ötən ay ticarətin ilk günündən qısa müddət sonra çatdığı zirvədən başlayan kəskin azalma tendensiyası davam edib.
Qeyri-sabit geosiyasi vəziyyətlə yanaşı, süni intellekt ekosistemində tələbin və qiymətləndirmələrin həddindən artıq şişməsinə səbəb olan xərclərlə bağlı narahatlıqlar son həftələrdə sektorun bir sıra iri şirkətlərinə mənfi təsir göstərib.
SpaceX səhmlərinin bazara çıxarılması investorlar və analitiklər arasında qiymətin nə qədər ucuzlaşa biləcəyi ilə bağlı müzakirələri də gücləndirib.
Ucuzlaşmanın davam edəcəyini gözləyən investorların diqqəti səhm üçün 100 dollar səviyyəsinə yönəlib. “Morgan Stanley”nin analitiki Adam Conas cümə günü yayımladığı qeyddə belə bir enişin SpaceX-in süni intellekt bölməsinin sıfır, hətta mənfi dəyərlə qiymətləndirilməsi anlamına gələcəyini bildirib.
SpaceX ötən ay hər səhm üçün 135 dollar qiymətlə keçirilmiş IPO vasitəsilə 75 milyard dollar vəsait cəlb etmişdi. Şirkətin qiymətləndirilməsi 1,77 trilyon dollara çatmış, IPO isə tarixdə ən böyük ilkin kütləvi təklif kimi qeydə alınmışdı.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 15 d. sonra
-
- 18 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
Rəsmi məzənnələr açıqlandı


















