Visa 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır
“Visa” sərtləşən rəqabət şəraitində səmərəliliyi artırmaq məqsədilə təxminən 2 min 600 əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Marja xəbər verir ki, şirkətin baş icraçı direktoru Rayan Makİnerninin əməkdaşlara göndərdiyi məlumatlandırma məktubunda ixtisarların ümumi işçi qüvvəsinin təxminən 7%-ni əhatə edəcəyi bildirilib. Qərarın əsasən texnologiya və məhsul komandalarına təsir göstərəcəyi qeyd olunub.
Ödəniş sektorunun aparıcı iştirakçılarından olan “Visa” qlobal rəqabətin güclənməsi və bazar dinamikasının dəyişməsi fonunda təşkilati strukturunu yenidən formalaşdırır.
Makİnerni şirkətdaxili məktubunda əsas məqsədin ümumi səmərəliliyi artırmaq və ən yüksək inkişaf potensialına malik istiqamətlərə yenidən sərmayə yatırmaq olduğunu vurğulayıb.
Son maliyyə ilinin yekununa əsasən, təxminən 34 min 100 əməkdaşı olan şirkətin işçi sayı son on ildə üç dəfədən çox artıb. Planlaşdırılan ixtisarlar nəticəsində “Visa” ümumi işçi qüvvəsinin təxminən 7%-i ilə yollarını ayıracaq.
Ödəniş texnologiyaları sahəsində “Visa” ilə rəqabət aparan “PayPal” və “Block” kimi maliyyə texnologiyaları nəhəngləri də son aylarda daha genişmiqyaslı ixtisar proqramları elan ediblər.
Süni intellekt inteqrasiyası və yeni investisiya istiqamətləri
Təşkilati dəyişikliklərin arxasında yalnız əmək xərclərinə qənaət etmək deyil, həm də iş proseslərinin transformasiyası dayanır.
Makİnerni süni intellekt texnologiyalarının “Visa” daxilində iş proseslərini sürətləndirdiyini, təkrarlanan tapşırıqların sayını azaltdığını və məhsulların hazırlanmasına töhfə verdiyini bildirib.
Şirkətə yaxın mənbələrin məlumatına görə, ixtisarlar nəticəsində qənaət ediləcək vəsait istehlakçı ödənişləri, kommersiya həlləri və əlavə dəyər yaradan xidmətlərin inkişafına yönəldiləcək.
Xüsusilə steyblkoinlər, transsərhəd ödənişlər və bizneslərarası (B2B) ödəniş həlləri kimi yüksək artım potensialına malik innovativ sahələr “Visa”nın yeni dövr üzrə əsas prioritetləri sırasında yer alır.
İxtisar qərarının şirkətin güclü maliyyə nəticələri göstərdiyi dövrə təsadüf etməsi diqqət çəkir.
Makİnerni son bir neçə ildə atılmış strateji addımlar sayəsində ticarət dünyasında yeni mərhələyə qədəm qoyduqlarını və biznes proseslərində real dinamika əldə etdiklərini qeyd edib.
Şirkət rəhbərliyi ixtisarlara baxmayaraq innovasiyaları sürətləndirməyi, yeni məhsulları əvvəlkindən daha tez bazara çıxarmağı və qlobal ödəniş infrastrukturu sahəsində lider mövqeyini möhkəmləndirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 15 d. sonra
-
- 18 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
Rəsmi məzənnələr açıqlandı




















