Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Koreyanın “dBrain+” maliyyə modelinə keçir

Azərbaycanın dövlət maliyyəsi tam rəqəmsallaşdırılır – Koreya ilə memorandum imzalandı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Koreyanın “dBrain+” maliyyə modelinə keçir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyulun 28-də Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub. Bildirilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.

Himalay Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılması və müasir rəqəmsal dövlət maliyyəsi idarəetmə modelinin formalaşdırılması istiqamətində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, cari ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində “dBrain+” sistemi əsasında dövlət maliyyəsinin rəqəmsal idarə edilməsi təcrübəsi ilə tanış olub. Həmçinin, bundan əvvəl maliyyə naziri Sahil Babayevin KFIS-nin prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Koreyanın “dBrain+” sistemi üzrə təcrübəsi əsasında ölkəmizdə vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində Koreya tərəfinin konsaltinq dəstəyi ilə dövlət maliyyəsinin idarə edilməsi üzrə mövcud vəziyyətin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, məlumatların və informasiya sistemləri arasında interfeyslərin inteqrasiyası, fiskal risklərin təhlili modellərinin və rol əsaslı idarəetmə panellərinin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq rəqəmsal xəzinədarlıq sisteminin konseptual dizaynının və mərhələli tətbiq yol xəritəsinin hazırlanması planlaşdırılır.

Görüş zamanı dövlət maliyyəsinin idarə edilməsində süni intellekt əsaslı həllərin tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması, büdcə proqnozlaşdırılması və fiskal risklərin erkən müəyyən edilməsi, audit və nəzarət infrastrukturunun təkmilləşdirilməsi, habelə dövlət maliyyə informasiya sistemlərinin kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Görüşün sonunda Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Fiskal İnformasiya Xidməti (KFIS) arasında “Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması”na dair Anlaşma Memorandumu imzalanıb.

İş elanları AzVak.az-da

28.07.2026 14:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19