Prime Cotton-da böyük dəyişiklik: İdarəetmə modeli tamamilə yenilənir
Prime Cotton-da böyük transformasiya: Yeni idarəetmə modelinə start verildi. “Biznes kabinetdən idarə olunmamalıdır” – Prime Cotton rəhbərindən mühüm açıqlama. Şirkətdə kabinet idarəçiliyi dövrü başa çatır. Şirkətin rəhbər komandası yenilənib. Əsas qiymətləndirmə meyarı görülən işlərin həcmi deyil, əldə olunan nəticələr olacaq.23 iyul tarixində Prime Cotton-un Mingəçevir şəhərində yerləşən yeni Baş Ofisinin rəsmi açılışı keçirilib. Açılış münasibətilə təşkil olunan strateji görüşdə şirkətin İdarə Heyətinin üzvləri, Müşahidə Şurasının üzvləri, filial direktorları, biznes istiqamətlərinin rəhbərləri və digər rəhbər heyət iştirak edib.
Marja xəbər verir ki, tədbirdə Prime Cotton-un yeni təşkilati strukturu, rəhbər komandası və qarşıdakı dövr üzrə strateji inkişaf prioritetləri təqdim olunub. Görüş çərçivəsində şirkətin müxtəlif istiqamətləri üzrə rəhbərlər çıxış edərək fəaliyyət planları, əsas hədəflər və inkişaf strategiyaları barədə təqdimatlar ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və regionların inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflər müzakirə olunub. Bu çağırışlara uyğun olaraq Prime Cotton-un uzunmüddətli inkişaf layihələrinin planlaşdırılması, strateji prioritetlərin müəyyənləşdirilməsi və həyata keçiriləcək tədbirlərlə bağlı aidiyyəti rəhbərlərə tapşırıqlar verilib.
Bununla yanaşı, şirkətin yeni biznes modelinə keçid prosesi, idarəetmədə həyata keçirilən transformasiya layihələri, rəqəmsallaşma təşəbbüsləri və təşkilati dəyişikliklərə dair təqdimatlar keçirilib, qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri müzakirə olunub.
Tədbirin əsas çıxışı ilə çıxış edən Prime Cotton-un Baş icraçı direktoru Tural Əlizadə bildirib ki, Baş Ofisin Mingəçevirə köçürülməsi şirkətin inkişaf strategiyasında mühüm dönüş nöqtəsidir.
Onun sözlərinə görə, bu qərar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və iqtisadi fəallığın bölgələrdə artırılması istiqamətində müəyyən etdiyi strateji baxışa uyğun olaraq qəbul edilib.
Baş icraçı direktor vurğulayıb ki, Prime Cotton mərkəzləşdirilmiş idarəetmə modelindən qeyri-mərkəzləşdirilmiş idarəetmə modelinə keçir. Yeni yanaşma biznes vahidlərinə daha geniş səlahiyyət və məsuliyyət verməklə yanaşı, Baş Ofisin strateji planlaşdırma, korporativ idarəetmə, rəqəmsal transformasiya, innovasiya və daxili nəzarət funksiyalarına fokuslanmasını nəzərdə tutur.
"Biznes kabinetdən deyil, biznesin olduğu yerdən idarə olunmalıdır. Fermerə, istehsala və dəyərin yarandığı nöqtəyə yaxın olmaq daha operativ qərarlar qəbul etməyə və daha yüksək nəticələr əldə etməyə imkan verir", – deyə Tural Əlizadə bildirib.
O, həmçinin qeyd edib ki, son aylarda yeni təşkilati strukturun formalaşdırılması, rəhbər komandanın yenilənməsi, rəqəmsal transformasiya layihələrinin başlanması və yeni büdcə modelinin hazırlanması istiqamətində mühüm işlər görülüb. Bundan sonra isə şirkətdə əsas qiymətləndirmə meyarı görülən işlərin həcmi deyil, əldə olunan nəticələr olacaq.
Strateji görüş çərçivəsində yeni rəhbər heyət iştirakçılara təqdim olunub, şirkətin qarşıdakı dövr üzrə inkişaf hədəfləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir rəhbər heyətin iştirakı ilə keçirilən sual-cavab sessiyası ilə davam edib.
Tədbirin sonunda Prime Cotton-un Mingəçevirdə fəaliyyətə başlayan yeni Baş Ofisinin açılışı münasibətilə simvolik tort kəsilib.
Baş Ofisin Mingəçevirə köçürülməsi və yeni idarəetmə modelinə keçid Prime Cotton-un istehsala daha yaxın, çevik, nəticəyönümlü və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu yanaşma ilə şirkət qərarların qəbulunu sürətləndirməyi, biznes vahidlərinin məsuliyyətini artırmağı və regionların sosial-iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
1 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
16 saat sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 12 d. əvvəl
-
29 d. əvvəl
Neft, Trampın “ABŞ İranı sərt vuracaq” açıqlamasından sonra 7% bahalaşıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İlon Mask X-i maliyyə platformasına çevirir: “X Money” istifadəyə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampdan İrana yeni təhdid - “Onları sərt şəkildə vuracağıq, ağır zərbə alacaqlar”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
FED faiz qərarını açıqladı
“ZƏKA” Milli Süni İntellekt Mükafatı təqdim olunacaq - MÜRACİƏTLƏRİN QƏBULUNA TEZLİKLƏ START VERİLƏCƏK
Azərbaycanda avtomobil kreditlərinin orta faizi yüksəlib
Ən çox oxunanlar
Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmlak bazarında qiymət sıçrayışı: Yasamal artımda liderdir
Kredit bazarında "qırmızı işıq": Gecikmiş borclar 37% artıb
"TuranBank" Beynəlxalq İslami Ticarət Maliyyə Korporasiyasından 2 milyon dollar da cəlb edib









.webp)











