970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hotellərdəki yerlərin 81 faizə yaxını istifadəsiz qalıb

2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2025-ci ilin yanvar-iyun aylarında 21,4 faiz). Başqa sözlə, 2026-cı ilin yanvar-iyun aylarında hotellərdəki yerlərin 80,7%-i istifadəsiz qalıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hotellərdəki yerlərin 81 faizə yaxını istifadəsiz qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.

2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub. Gecələmələrin ümumi sayının 58,8 faizi Bakıda, 5,9 faizi Qusarda, 5,5 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 3,1 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,1 faizi Xaçmazda, 1,9 faizi Gəncədə, 1,8 faizi Şuşada, 1,5 faizi Şamaxıda, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şabranda, 1,1 faizi Masallıda və 9,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Reklam_3_11

2026-cı ilin yanvar-iyun aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya Federasiyası, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1,0 faizi Qubada, 3,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizini təşkil edir.

2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz azalaraq 279,0 milyon manat olub ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2025-ci ilin yanvar-iyun aylarında 21,4 faiz). Bu göstərici Naftalanda 41,7 faiz, Şabranda 34,1 faiz, Neftçalada 30,8 faiz, Sabirabadda 29,6 faiz, Bakıda 29,4 faiz, Qusarda 26,7 faiz, Bərdədə 19,2 faiz, Lənkəranda 18,7 faiz, Salyanda 18,5 faiz, Beyləqanda 18,4 faiz, Laçında 17,6 faiz, Şamaxıda 17,0 faiz, Qəbələdə 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olub.

İş elanları AzVak.az-da

Azərbaycanda mehmanxanalar hotel sektoru mehmanxana statistikası hotellərdə gecələmələr hotel gəlirləri mehmanxana gəlirləri hotellərin doluluq səviyyəsi mehmanxanaların tutumundan istifadə Azərbaycanda turizm turizm statistikası daxili turizm xarici turistlər əcnəbi turistlər yerli turistlər Bakı hotelləri regionlarda hotellər Qusar hotelləri Naftalan hotelləri Qəbələ hotelləri Quba hotelləri Lənkəran hotelləri Şuşa hotelləri Şamaxı hotelləri hotel otaqlarından gəlirlər ictimai iaşə xidmətləri müalicə və sağlamlıq xidmətləri hotellərdə xidmət gəlirləri turist gecələmələri xarici vətəndaşların gecələmələri Azərbaycan vətəndaşlarının gecələmələri turizm sektorunun gəlirləri hotel bazarı turizm göstəriciləri Dövlət Statistika Komitəsi Azərbaycan hotel sənayesi mehmanxana tipli obyektlər hotellərin fəaliyyəti turizm sektorunda azalma hotel gəlirlərində azalma hotellərin doluluq göstəricisi
28.07.2026 10:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19