Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Müdafiə və milli təhlükəsizlik xərcləri 3,4 milyard manat, təhsil xərcləri 2,4 milyard manat təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müdafiə və milli təhlükəsizlik xərcləri 3,4 milyard manat, təhsil xərcləri 2,4 milyard manat təşkil edib

2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub.

Marja.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında bildirilir.

Qeyd edilib ki, cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 11 milyard 642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərə, 4 milyard 188,2 milyon manatı və ya 25 faizi əsaslı xərclərə, 944,8 milyon manatı və ya 5,6 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı  sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz çoxdur.

2026-cı ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 437,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 2 milyard 578 milyon manat, təhsil xərcləri 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 2 milyard 359,8 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 2 milyard 339,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 1 milyard 403,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 669,4 milyon manat, səhiyyə xərcləri 591,6 milyon manat, kənd təsərrüfatı xərcləri 527,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 217,9 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 147 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 103,8 milyon manat təşkil edib.

2026-cı ilin yanvar-iyun aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 5 milyard 608,5 milyon manat, qeyri-maliyyə aktivləri 3 milyard 983,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 2 milyard 324,6 milyon manat, qrantlar və digər ödənişlər 1599,7 milyon manat, sosial ödənişlər 1 milyard 643,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 494,2 milyon manat, subsidiyalar 483,2 milyon manat, faizlər üzrə ödənişlər 467,4 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 139,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 32,3 milyon manat icra edilib (Qrafik 5).

2026-cı ilin yanvar-iyun aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 30 faizi həcmində və ya 810,2 milyon manat vəsait sərf olunmuşdur.

İş elanları AzVak.az-da

27.07.2026 13:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar