Kirayəçilər ödənişi tamamladı – 12 mənzil onların oldu
Kirayə mexanizmində diqqətçəkən rəqəm: 9546 kirayə mənzildən artıq12-si özəlləşib. Kirayəyə verdiyi pul itmədi – 12 vətəndaş mənzil sahibi oldu. Müqaviləni bağla, hazır mənzilə köç – Sonda ev sənin olurİndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə vətəndaşlara təqdim etdiyi 12 mənzil özəl mülkiyyətə keçib.
Bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
"12 kirayə müqaviləsi üzrə vətəndaşlar öhdəliklərini tam yerinə yetirərək mənzillərinin mülkiyyət hüququnu əldə edib. Kirayə müqavilələri minimum 3 il, maksimum isə 25 il müddətinə bağlanılır. Təqdim olunan mənzillər tam təmirlidir. Vətəndaşlar əlavə təmir işləri aparmadan mənzillərə köçə bilirlər. Mənzillərdə sanitar qovşaqları, kombi sistemi, eləcə də işıq, qaz və su sayğacları quraşdırılıb. Vətəndaşlar yalnız müqaviləni bağlayaraq məişət avadanlıqlarını gətirməklə mənzildə rahat yaşaya bilərlər. Bu mexanizmin əsas üstünlüklərindən biri də aylıq ödənişlərin sabit qalmasıdır. Belə ki, müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş məbləği 25 ilə qədər olan bütün müddət ərzində dəyişmir. Daşınmaz əmlak bazarında və ya adi kirayə bazarında baş verən qiymət artımları bu mexanizm üzrə aylıq ödənişlərə heç bir təsir göstərmir", - deyə o qeyd edib.
Fond rəsmisi xatırladıb ki, kirayə mənzil mexanizmi ölkə Prezidentinin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb, onun icrasına isə 2020-ci ilin mart ayından başlanılıb:
"Bu günə qədər 9 546 kirayə müqaviləsi üzrə vətəndaşlara mənzillər təhvil verilib. Mexanizmin özünəməxsus şərtləri və xüsusiyyətləri var. Əsas şərtlərdən biri ondan ibarətdir ki, sonda mənzil vətəndaşın mülkiyyətinə keçir. Kirayə və ödəniş müddəti ərzində mülkiyyət hüququ Fondda qalır. Müqavilədə nəzərdə tutulan bütün aylıq ödənişlər tam və vaxtında yerinə yetirildikdən sonra isə vətəndaş mənzilin mülkiyyət hüququnu əldə edir".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 2 saat əvvəl
-
5 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
6 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
7 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























