“Tesla” və “Alphabet”in bazar dəyəri yüz milyardlarla dollar azalıb
“Tesla”nın bazar kapitallaşması bir gündə təxminən 200 milyard dollar, “Google”un ana şirkəti “Alphabet”in bazar dəyəri isə təxminən 300 milyard dollar azalıb.“Alphabet” və “Tesla” şirkətlərinin səhmləri cümə axşamı kəskin ucuzlaşıb. Hər iki şirkətin süni intellektə xərcləri artıracağını açıqlaması investorların texnologiya bumunun yüksələn maliyyəti ilə bağlı narahatlığını gücləndirib.
Marja xəbər verir ki, ticarət sessiyasını “Tesla”nın səhmləri 14,5%, “Alphabet”in səhmləri isə 7,1% azalma ilə başa vurub. İlon Maskın elektrikli avtomobil istehsalçısı 2025-ci ilin martından bəri ən pis ticarət gününü keçirib.
Səhmlərin ucuzlaşması nəticəsində “Tesla”nın bazar kapitallaşması bir gündə təxminən 200 milyard dollar, “Google”un ana şirkəti “Alphabet”in bazar dəyəri isə təxminən 300 milyard dollar azalıb.
İki şirkətin sərbəst pul axını mənfiyə dönüb
Hər iki şirkət çərşənbə günü açıqladığı maliyyə hesabatında ikinci rüb üzrə sərbəst pul axınının mənfi olduğunu bildirib.
“Alphabet” cari il üzrə kapital xərcləri proqnozunu 180–190 milyard dollardan 195–205 milyard dollara qaldırıb. Şirkət 2027-ci ildə kapital xərclərinin daha da artacağı barədə xəbərdarlıq edib.
“Tesla”nın kapital xərcləri isə ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 142% artaraq 5,79 milyard dollara çatıb. Şirkət cari ildə kapital xərclərinin 25 milyard dolları ötəcəyini gözləyir.
Texnologiya sektorundakı satış dalğası “Amazon”un səhmlərinə də təsir edib. Şirkətin səhmləri cümə axşamı 4,6% ucuzlaşıb, bazar kapitallaşması təxminən 120 milyard dollar azalıb.
Mask investorları sakitləşdirməyə çalışıb
Hər iki şirkətin rəhbərliyi artan xərclərlə bağlı investorların narahatlığını azaltmağa çalışıb.
“Bu, kapital xərclərinin son dərəcə böyük olduğu bir ildir. Əminəm ki, investisiya qoyduğumuz bütün istiqamətlər inanılmaz gəlirlər təmin edəcək. Bunlar, hətta indiyədək gördüyümüz ən yüksək kapital gəlirləri ola bilər”, – İlon Mask çərşənbə günü keçirilən maliyyə nəticələri konfransında bildirib.
Mask xərclərin istiqamətlərini izah edərkən şirkətin yarımkeçirici istehsalı və “Tesla”nın humanoid robotu “Optimus”la bağlı gələcək təşəbbüslərini önə çəkib.
Şirkətin təqdimatında “Optimus” robotlarının istehsalı üçün birinci nəsil xətlərin quraşdırıldığı və yaxın zamanda istehsala başlanacağı bildirilib.
“Alphabet”: Xərclərin artması tələbi qarşılamaq üçündür
“Alphabet”in maliyyə direktoru kapital xərclərindəki artımın əsasən yüksələn tələbi qarşılamaq üçün hesablama güclərinin daha sürətli istifadəyə verilməsi ilə əlaqədar olduğunu bildirib.
Texnologiya nəhəngi süni intellektə olan tələbi qarşılamaq üçün hazırkı hesablama gücünün kifayət etmədiyini dəfələrlə qeyd edib.
“Quilter Cheviot”un texnologiya araşdırmaları üzrə rəhbəri Ben Barrincer CNBC-yə bildirib ki, investorlar əsasən kapital xərclərinin kəskin artmasına və mənfəət marjaları üzrə daha zəif proqnozlara diqqət yetirirlər.
“‘Gemini 3.5 Pro’nun təqdimatının davamlı olaraq gecikməsi və diqqətçəkən yeni məhsulların olmaması ‘Alphabet’in süni intellekt investisiyalarının şirkət üçün aydın rəqabət üstünlüyünə çevrilib-çevrilmədiyi barədə suallar yaradır”, – Barrincer bildirib.
“Google Cloud”un gəlirləri 82% artıb
Xərclərin kəskin artmasına baxmayaraq, hər iki şirkətin maliyyə nəticələrində müsbət göstəricilər də qeydə alınıb.
“Google”un bəzi investisiyalarının artıq nəticə verməyə başladığı müşahidə olunub. “Google Cloud”un gəlirləri proqnozları üstələyərək 82% artıb və 24,8 milyard dollara çatıb.
“Janus Henderson”un portfel meneceri Alison Porter CNBC-nin “Squawk Box Europe” proqramına bildirib ki, bu, “Alphabet”in son beş ildə gəlirlər üzrə ən güclü artım qeydə aldığı rüblərdən biridir.
Onun sözlərinə görə, “Alphabet” bütün süni intellekt dalğasının vəziyyətini qiymətləndirmək üçün mühüm göstəricidir.
Porter “Google Cloud”un gəlirlərindəki yüksək artımla yanaşı, bölmənin əməliyyat mənfəəti marjasının ötən ilin eyni dövründəki 20,7%-dən 35,6%-ə yüksəlməsini investisiyaların nəticə verməsinin sübutu kimi qiymətləndirib.
“Bu mənzərənin ümumilikdə süni intellekt üzrə kapital xərcləri və platformaların həmin investisiyalardan əldə etdiyi gəlirlər baxımından olduqca ümidverici olduğunu düşünürük”, – Porter deyib.
“Tesla”nın avtomobil gəlirləri 23% yüksəlib
“Tesla”nın əsas avtomobil biznesindən əldə etdiyi gəlirlər ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 20,52 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
ABB Invest ABB mobile-ın investisiya bölməsini yenilədi: yeni dizayn və funksiyalar istifadəyə verdi
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
6 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
1 gün sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
23 d. əvvəl
Çinin "Neptune Logistics Group" şirkəti Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayıb
-
52 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın ikinci ən böyük bankı üzrə qərarını açıqlayıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Tesla” və “Alphabet”in bazar dəyəri yüz milyardlarla dollar azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Süni intellekt infrastrukturu tələbinin artması “Nokia”nın mənfəətini yüksəldib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
Beynəlxalq reytinq agentliyi Azərbaycanın ikinci ən böyük bankı üzrə qərarını açıqlayıb
Əliyev Mirziyoyevə zəng edib
“Tesla” və “Alphabet”in bazar dəyəri yüz milyardlarla dollar azalıb
Ən çox oxunanlar
“Tesla”nın mənfəəti proqnozdan aşağı olub
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Rəsmi məzənnələr açıqlandı
ARDNF-nin aktivlərindən 944 milyon dollar “əriyib”
Avropa İttifaqı "Yelo Bank"a qarşı sanksiyaları ləğv edib









.webp)












