Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edirUzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telecom” MMC süni intellekt sahəsində imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan “Starburst” ilə əməkdaşlıq edir. Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.
Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji baza yaratmağa imkan verir.
Vahid data mühiti biznes və texnologiya komandaları arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə inteqrasiyasını dəstəkləyir.
Qeyd edək ki, “Starburst” ilə tərəfdaşlıq Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.
Layihənin uğurlu icrası “Starburst” tərəfindən qlobal uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 16 d. sonra
-
- 17 d. əvvəl
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
Rəsmi məzənnələr açıqlandı




















