Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) əsas faiz dərəcəsini 37% səviyyəsində sabit saxlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bank bir gecəlik borcvermə faizini 40%, bir gecəlik borclanma faizini isə 35,5% səviyyəsində dəyişməyib.
TCMB ABŞ və İsrailin Yaxın Şərqdə başladığı müharibənin inflyasiya təsirlərinin davam etdiyi bir vaxtda əsas faiz dərəcəsinin 37% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Sorğuya əsasən, bazar iştirakçıları TCMB-nin Pul Siyasəti Komitəsinin bir həftəlik repo faizini ardıcıl dördüncü iclasda da 37% səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.
Komitə, həmçinin bir gecəlik borcvermə faizini 40%, bir gecəlik borclanma faizini isə 35,5% səviyyəsində sabit saxlayıb.
Enerji qiymətləri yenidən yüksəlir
Qərarın mətnində inflyasiyanın əsas meylinin iyun ayında məhdud şəkildə zəiflədiyi qeyd olunub.
“İlkin göstəricilər əsas meylin iyul ayında müvəqqəti olaraq yüksələcəyinə işarə edir. Geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənliyin artması nəticəsində enerji qiymətləri yenidən yüksəliş istiqamətinə keçib. Son dövrə dair məlumatlar daxili tələbatdakı zəifliyin daha aydın nəzərə çarpdığını göstərir. Geosiyasi proseslərin xərc, iqtisadi fəallıq və gözləntilər kanalları vasitəsilə inflyasiya perspektivinə təsirləri diqqətlə izlənilir”, – qərarda bildirilib.
Sərt pul siyasəti davam etdiriləcək
TCMB qeyd edib ki, qiymət sabitliyi təmin olunanadək davam etdiriləcək sərt pul siyasəti mövqeyi tələb, məzənnə və gözləntilər kanalları vasitəsilə dezinflyasiya prosesini gücləndirəcək.
Pul Siyasəti Komitəsi əsas faiz dərəcəsi ilə bağlı növbəti addımları faktiki inflyasiya göstəricilərini, inflyasiyanın əsas meylini və bazar gözləntilərini nəzərə almaqla müəyyənləşdirəcək. Qərarlar dezinflyasiya prosesinin tələb etdiyi sərtliyi təmin edəcək və aralıq hədəflərə uyğun şəkildə qəbul olunacaq.
Mərkəzi Bank pul siyasəti qərarlarının inflyasiya perspektivinə əsaslanan, hər iclas üzrə ayrıca qiymətləndirilən və ehtiyatlı yanaşma çərçivəsində qəbul edildiyini vurğulayıb.
TCMB inflyasiya perspektivində nəzərəçarpacaq və davamlı pisləşmə baş verəcəyi halda pul siyasətinin daha da sərtləşdiriləcəyi mesajını təkrarlayıb. Bank inflyasiya üzrə yuxarı istiqamətli risklərə qarşı ehtiyatlı mövqeyini qoruduğunu bildirib.
Kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər baş verərsə, monetar transmissiya mexanizmi əlavə makroprudensial tədbirlərlə dəstəklənəcək. TCMB likvidlik şəraitinin diqqətlə izlənilməsinin və likvidliyin idarə edilməsi alətlərindən səmərəli istifadənin davam etdiriləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 15 d. sonra
-
- 18 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®
Rəsmi məzənnələr açıqlandı





















