Qiymətləndiricilər Palatası: İyun ayında tikinti bazarında qiymət sabitliyi qorunub
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyun ayı üzrə açıqladığı tikinti indeksinə əsasən, ölkədə inşaat sektorunda qiymət sabitliyi davam edib.
Palatadan Marja.az-a bildirilib ki, indeks iyunda 106,7 bənd təşkil edib. Bu, 2025-ci ilin dekabrı ilə müqayisədə tikinti xərclərinin 6,7 faiz artdığını, may ayı ilə müqayisədə isə cəmi 0,1 faiz yüksəldiyini göstərir. Hesabata görə, aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və kəskin dəyişikliklərin müşahidə edilmədiyini təsdiqləyir.
Hesabata görə, iyun ayında əsas tikinti materiallarının qiymətləri əvvəlki ayla müqayisədə əsasən dəyişməyib. Sement, beton, armatur, ağac materialları və dam örtükləri üzrə qiymətlər sabit qalıb. Tikinti xərclərinin formalaşmasına təsir göstərən əsas məhsul qruplarından olan metal məmulatlarında da yeni qiymət artımları qeydə alınmayıb.
Tikinti mövsümünün aktivləşməsi fonunda əmək bazarında qismən canlanma müşahidə olunub. Tamet, üzlük və döşəmə işləri üzrə xidmət haqları yüksəlib. Ən yüksək artım tamet işlərində qeydə alınıb və bu sahədə qiymətlər may ayı ilə müqayisədə təxminən 12,5 faiz artıb. Digər tikinti ixtisasları üzrə əməkhaqları isə ümumilikdə sabit qalıb.
İyun ayında ekskavator, avtokran, beton nasosu və digər tikinti texnikasının icarə qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Yanacaq və servis xərclərinin sabit qalması texnika bazarında qiymətlərin qorunmasına şərait yaradıb.
Palatanın təhlilinə əsasən, tikinti materialları və texnika üzrə xərclərin dəyişməməsi yeni tikili layihələrinin ümumi maya dəyərinə ciddi təsir göstərməyib. Əmək bazarında müşahidə olunan mövsümi bahalaşma isə ümumi tikinti xərclərində məhdud paya malik olub. Bu, tikinti şirkətlərinin layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq həyata keçirməsinə imkan verir və daşınmaz əmlak bazarında qiymətlərə əlavə təzyiq formalaşdırmır.
AQP qeyd edir ki, daxili bazarda qiymət sabitliyi qorunsa da, idxaldan asılı tikinti materialları beynəlxalq bazarlardakı dəyişikliklərə həssas olaraq qalır. Metal məhsulları, logistika xidmətləri, enerji daşıyıcıları və valyuta məzənnələrində baş verə biləcək dəyişikliklər növbəti aylarda tikinti xərclərinə təsir göstərə biləcək əsas amillər hesab olunur.
Palatanın qiymətləndirməsinə görə, hazırda tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir. Tələb və təklif arasında tarazlıq qorunur, əsas tikinti materiallarının qiymətlərində kəskin dəyişiklik müşahidə edilmir və yeni layihələrin maya dəyəri sabit inkişaf trayektoriyasını saxlayır.
AQP-nin proqnozuna əsasən, mövcud iqtisadi şərait dəyişmədiyi təqdirdə, 2026-cı ilin üçüncü rübündə də tikinti sektorunda qiymətlər ümumilikdə sabit qalacaq, yalnız idxaldan asılı bəzi məhsul qruplarında məhdud qiymət dəyişiklikləri mümkündür.
Azərbaycan Qiymətləndiricilər Palatası tikinti bazarının monitorinqini davam etdirəcəyini və aylıq tikinti indeksi vasitəsilə sektorda qiymət dinamikası, maya dəyəri və bazar tendensiyaları barədə ictimaiyyəti, dövlət qurumlarını, maliyyə institutlarını və bazar iştirakçılarını mütəmadi məlumatlandıracağını bildirib.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
14 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 1 saat əvvəl
-
-
5 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib





















