Azərbaycanda minik avtomobili istehsalı geriləyib
2026-сı ilin yanvar-iyun aylarında 1767 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 365 ədəd az minik avtomobili istehsal olunmuşdur.Azərbaycanda minik avtomobillərinin istehsalı bu ilin ilk yarısında azalıb.
Marja.az Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, yanvar-iyun aylarında ölkədə 1767 ədəd minik avtomobili istehsal edilib.
Bu göstərici ötən ilin eyni dövrünün 82,9%-ni təşkil edib. Beləliklə, minik avtomobili istehsalı illik müqayisədə 17,1% azalıb.
Hesabat dövrünün sonunda sənaye müəssisələrinin anbarlarında 173 ədəd hazır minik avtomobili mövcud olub.
Traktor istehsalı azalıb
Azərbaycanda traktor istehsalı azalma göstərib.
2026-cı ilin ilk 6 ayında ölkədə 258 ədəd traktor istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 95,2% təşkil edib. Başqa sözlə, traktor istehsalı illik müqayisədə 4,8% azalıb.
2026-cı il iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 6 ədəd hazır traktor ehtiyatı qalıb.
Yük avtomobili istehsalı 2,7 dəfə artıb
Azərbaycanda yük avtomobillərinin istehsalı bu ilin ilk yarısında kəskin artım nümayiş etdirib. Hesabat dövründə ölkədə 395 ədəd yük avtomobili istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur və avtomobil sənayesində ən yüksək artım göstəricilərindən biridir.
2026-cı il iyulun 1-i vəziyyətinə müəssisələrin anbarlarında 19 ədəd hazır yük avtomobili ehtiyatı qeydə alınıb.
Avtobus istehsalı 3,5 dəfə artıb
Azərbaycanda avtobus istehsalı bu ilin ilk yarısında rekord artım nümayiş etdirib. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 198 ədəd avtobus istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artıb və maşınqayırma sənayesində ən yüksək artım tempinə malik məhsullardan biri olub.
2026-cı il iyulun 1-i vəziyyətinə müəssisələrin anbarlarında 27 ədəd hazır avtobus ehtiyatı qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 2 saat əvvəl
-
6 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
7 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
8 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















