Avropa İttifaqından Alibaba-ya 550 milyon avro cərimə
Alibaba-nın elektron ticarət platforması “AliExpress” qanunsuz məhsulların satışına imkan verdiyinə görə, Avropa İttifaqı tərəfindən 550 milyon avro (629 milyon dollar) məbləğində cərimələnib.
Marja xəbər verir ki, Alibaba-ya tətbiq olunan bu cərimə Aİ-nin məzmunun moderasiyası qaydaları çərçivəsində indiyədək müəyyənləşdirilmiş ən yüksək məbləğdir.
Avropa Komissiyası açıqlamasında bildirib ki, “AliExpress” platformasında satılan təhlükəli və ya saxta məhsullarla bağlı riskləri lazımi qaydada qiymətləndirməyib. Platforma qaydaları mütəmadi pozan satıcılara qarşı sanksiya siyasətini tətbiq etmək üçün də zəruri addımları atmayıb.
Komissiya 2024-cü ildən etibarən Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində daxil olmuş onlarla şikayət əsasında Çin şirkəti barədə araşdırma aparırdı. Ötən il istintaqın əhatə dairəsi daha da genişləndirilmişdi.
Avropa Komissiyasının texnoloji məsələlər üzrə icraçı vitse-prezidenti Henna Virkkunenin sözlərinə görə, “AliExpress”də Aİ-nin ekoloji və təhlükəsizlik standartlarına cavab verməyən məhsullar satılıb.
“Bu vəziyyət istehlakçılarımız üçün olduqca təhlükəli olmaqla yanaşı, bütün qaydalarımıza əməl edən şirkətlərə qarşı da ədalətsizlikdir”, – Virkkunen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“AliExpress”in sözçüsü qərarı “qeyri-mütənasib” adlandırıb. O, şirkətin qərarı nəzərdən keçirdiyini və mümkün addımları qiymətləndirəcəyini bildirib.
“AliExpress” aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün oktyabrın 20-dək fəaliyyət planı təqdim etməlidir. Bundan sonra tənzimləyici qurumların yekun qərar qəbul etmək və planın icra müddətini müəyyənləşdirmək üçün iki ay vaxtı olacaq.
Rəqəmsal Xidmətlər Aktı çərçivəsində bundan əvvəl tətbiq edilmiş ilk iki cərimə ötən ilin dekabrında İlon Maskın “X” şirkətinə qarşı müəyyənləşdirilmiş 120 milyon avro və may ayında Çinin elektron ticarət nəhəngi “Temu”ya tətbiq olunmuş 200 milyon avro məbləğində cərimələr olub.
Müştərilərin xəbərləri
PAŞA Bankın dəstəyi ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatının finalında ölkəni uğurla təmsil ediblər ®
Qadınların peşəkar inkişafına dəstək: Unicapital BMT-yə aid prinsiplər toplusunu imzalayan ilk investisiya şirkəti oldu
AFAZ Keniyada keçiriləcək BIG 5 Construct Kenya 2026 sərgisində Azərbaycan Pavilyonunu təşkil edəcək
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
59 d. əvvəl
Naxçıvanda geniş kadr dəyişiklikləri – Üç icra başçısı təyin olundu
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Dentera" stomatologiya sektorunda bazar payını artırır: 7-ci filial istifadəyə verildi
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aylıq ödəniş 236 manatdan başlayır - MİDA yüzlərlə mənzili satışa çıxarır
-
3 saat əvvəl
AFAZ Keniyada keçiriləcək BIG 5 Construct Kenya 2026 sərgisində Azərbaycan Pavilyonunu təşkil edəcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Naxçıvanda geniş kadr dəyişiklikləri – Üç icra başçısı təyin olundu
Avqustun 5-də gözlənilən hava şəraiti
"Dentera" stomatologiya sektorunda bazar payını artırır: 7-ci filial istifadəyə verildi
Qadınların peşəkar inkişafına dəstək: Unicapital BMT-yə aid prinsiplər toplusunu imzalayan ilk investisiya şirkəti oldu
AFAZ Keniyada keçiriləcək BIG 5 Construct Kenya 2026 sərgisində Azərbaycan Pavilyonunu təşkil edəcək
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Rizvan Rzayevin şirkəti 45 milyon manat gəlir, 3,2 milyon manat xalis mənfəət əldə edib
Tramp İran rəhbərliyini ikiüzlü adlandırıb
Rezai: İran Ukraynada üç hədəfə zərbə endirməyə hazırlaşıb
“Jiquli” pivəsi antisanitar şəraitdə istehsal olunub





















