Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Euromoney” PAŞA Bankı “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçib

AzVak-mobil_resmin_ustu_31
“Euromoney” PAŞA Bankı “Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı” seçib

Beynəlxalq maliyyə nəşri Euromoney PAŞA Bankı “Awards for Excellence 2026” mükafatının “Azərbaycanın iri korporativ bizneslər üçün ən yaxşı bankı” (“Azerbaijan's Best Bank for Large Corporates”) nominasiyasının qalibi elan edib.

Mükafat iri korporativ müştərilər üçün təqdim olunan maliyyə xidmətlərinin keyfiyyəti, dayanıqlı biznes modeli, bazar mövqeyi, innovativ yanaşmalar və real sektorun inkişafına verilən töhfə nəzərə alınmaqla təqdim edilir. PAŞA Bankın bu nominasiyada qalib seçilməsi Bankın korporativ bankçılıq sahəsində lider mövqeyini, iri şirkətlər üçün etibarlı maliyyə tərəfdaşı kimi formalaşdırdığı nüfuzu və ölkə iqtisadiyyatının inkişafında oynadığı mühüm rolu beynəlxalq səviyyədə təsdiqləyir.

PAŞA Bankın uğurunun əsasında uzunmüddətli və ardıcıl inkişaf strategiyası dayanır. Bank fəaliyyətə başladığı gündən etibarən real sektorun maliyyələşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu yanaşma sahibkarlığın inkişafına, qeyri-neft iqtisadiyyatının genişlənməsinə, iri investisiya layihələrinin həyata keçirilməsinə və ölkənin dayanıqlı iqtisadi artımına davamlı töhfə verib.

Strategiyanın uğuru Bankın maliyyə nəticələrində də öz əksini tapır. 2025-ci ilin yekunlarına əsasən PAŞA Bank korporativ kreditləşmə bazarında 19,3% bazar payı ilə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutudur. Hüquqi şəxslərin depozitləri üzrə bazar payı isə 25,6% çatıb. Bu göstəricilər Bankın korporativ müştərilər və biznes tərəfdaşları arasında formalaşdırdığı yüksək etimadı əks etdirir. Bank aktivlərinin həcminə görə Azərbaycanın ən böyük üç bankından biri olub, aktivləri il ərzində 14% və ya 1,23 milyard manat artaraq 9,84 milyard manata çatıb. Müştərilərə verilmiş kreditlərin həcmi 3,88 milyard manat təşkil edib.

Bankın kredit portfeli iqtisadiyyatın əsas istiqamətləri üzrə balanslı şəkildə formalaşdırılıb. Portfelin 24% ticarət, 21% xidmət, 18% sənaye, 17% isə nəqliyyat sektorunun payına düşür. Bu struktur PAŞA Bankın qeyri-neft iqtisadiyyatının aparıcı maliyyə tərəfdaşlarından biri olduğunu və ölkənin dayanıqlı iqtisadi inkişafına sistemli şəkildə töhfə verdiyini göstərir.

Bankın müştəriyönümlü yanaşması məmnunluq göstəricilərində də öz əksini tapır. 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən Net Promoter Score (NPS) 58,6, biznes kreditləri üzrə Müştəri Məmnuniyyəti İndeksi (CSI) isə 94 təşkil edib. Hər iki göstərici beynəlxalq təcrübə ilə müqayisədə yüksək səviyyədə qiymətləndirilir.

Bununla yanaşı, Bankın maliyyə dayanıqlığı beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. 2026-cı ildə Standard & Poor's PAŞA Bankın uzunmüddətli kredit reytinqini “BB-”, qısamüddətli kredit reytinqini isə “B” səviyyəsində təsdiqləyib və proqnozu “müsbət” səviyyəsinə yüksəldib. Həmin il Moody's Ratings Banka “Ba2” reytinqi verib və proqnozu “müsbət” olaraq müəyyən edib.

PAŞA Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, Euromoney tərəfindən təqdim olunan bu mükafat Bankın uzunmüddətli inkişaf strategiyasının və müştəriyönümlü biznes modelinin beynəlxalq səviyyədə növbəti təsdiqidir.

“Biznes fəlsəfəmizin əsasında müştərilərimizlə uzunmüddətli tərəfdaşlıq münasibəti dayanır. Biz özümüzü klassik bank-müştəri münasibətləri çərçivəsində deyil, biznesin inkişafını dəstəkləyən etibarlı maliyyə tərəfdaşı kimi görürük. Məhz buna görə fəaliyyətimizin mərkəzində istehsal edən, investisiya yatıran, ixrac edən və yeni iş yerləri yaradan şirkətlər dayanır. Təxminən 20 ildir ki, bu yanaşmanı konkret nəticələrimizlə təsdiqləyir, müştərilərimiz və ölkə iqtisadiyyatı ilə birlikdə böyüyürük”, - deyə Cavid Quliyev bildirib.

Qeyd edək ki, “Euromoney Awards for Excellence” qlobal maliyyə sektorunun ən nüfuzlu mükafatlarından biri hesab olunur. Qaliblər bankların maliyyə dayanıqlığı, bazar mövqeyi, innovativ yanaşmaları, korporativ müştərilər üçün yaratdığı dəyər və ölkə iqtisadiyyatına verdiyi töhfə əsasında müəyyən edilir.

İş elanları AzVak.az-da

PAŞA Bank Euromoney Euromoney Awards for Excellence Azərbaycanın ən yaxşı bankı iri korporativ bizneslər korporativ bankçılıq korporativ kreditləşmə korporativ müştərilər beynəlxalq bank mükafatı maliyyə xidmətləri dayanıqlı biznes modeli real sektorun maliyyələşdirilməsi qeyri-neft iqtisadiyyatı investisiya layihələri hüquqi şəxslərin depozitləri bank aktivləri kredit portfeli müştəri məmnuniyyəti Cavid Quliyev Standard & Poor’s Moody’s Ratings PAŞA Bank reytinqi maliyyə dayanıqlığı Azərbaycan bankları bank sektoru innovativ bankçılıq biznesin maliyyələşdirilməsi iqtisadi inkişaf ixracın maliyyələşdirilməsi sahibkarlığın inkişafı
17.07.2026 18:17
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18