Netflix-in gəlirləri bu ilin ikinci rübündə 13,4% artaraq 12,6 milyard dollara yüksəlib
Netflix-in xalis mənfəəti isə ilin ikinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 8,8% artaraq 3,4 milyard dollar təşkil edib.Qlobal internet televiziya platforması Netflix 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artaraq 12,6 milyard dollara çatıb. Netflix-in gəlirləri 2025-ci ilin ikinci rübündə 11,1 milyard dollar təşkil etmişdi.
Şirkət gəlirlərdəki artımın abunəçi sayının çoxalması, qiymət siyasəti və reklam gəlirlərinin yüksəlməsi ilə bağlı olduğunu bildirib.
Netflix üçüncü rübdə gəlirlərinin 12,9 milyard dollara çatacağını proqnozlaşdırır. Şirkət 2026-cı il üzrə gəlir proqnozu diapazonunu daraldaraq illik gəlirlərinin 51–51,4 milyard dollar arasında olacağını açıqlayıb.
Netflix-in xalis mənfəəti də ilin ikinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 8,8% artaraq 3,4 milyard dollara yüksəlib. Şirkət 2025-ci ilin eyni dövründə 3,1 milyard dollar xalis mənfəət əldə etmişdi.
Netflix-in ötən ilin ikinci rübündə 72 sent olan səhm üzrə mənfəəti bu dövrdə 80 sentə çatıb.
Şirkətin ildə iki dəfə açıqladığı “Nə izlədik?” (“What We Watched”) hesabatına əsasən, Netflix abunəçiləri 2026-cı ilin ilk yarısında 97 milyard saatdan çox kontent izləyiblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.
Netflix-in açıqlamasında bildirilib ki, “Nə izlədik?” hesabatı 2027-ci ildən başlayaraq ildə bir dəfə, hər ilin birinci rübündə dərc olunacaq.
“Hesabatın dərc edilməsi prosesini maliyyə nəticələrimizdən ayırmaqda məqsəd diqqəti əsas maliyyə göstəricilərimiz olan gəlirlər və əməliyyat mənfəəti üzərində saxlamaqdır”, – şirkətin açıqlamasında qeyd edilib.
Təxminən 300 layihədə süni intellektdən istifadə olunub
2026-cı ildə generativ süni intellektdən Netflix-in təxminən 300 layihəsində istifadə edildiyi bildirilib. Bu texnologiyanın ən geniş tətbiq olunduğu sahə postprodakşn mərhələsi olub.
Şirkət ənənəvi üsullarla müqayisədə daha sürətli, daha az xərcli və daha yüksək keyfiyyətli nəticələr əldə etmək üçün bu vasitələrdən getdikcə daha çox yararlanıldığını qeyd edib. Bildirilib ki, generativ süni intellekt texnologiyası olmasaydı, bəzi hallarda layihələrdən mühüm çəkilişlərin və səhnələrin çıxarılması zərurəti yarana bilərdi.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib



















