Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübünə dair maliyyə nəticələri ilə dayanıqlı inkişaf strategiyasını uğurla davam etdirdiyini bir daha göstərib. Bankın əsas maliyyə göstəriciləri üzrə qeydə alınan artım müştəri etimadının, effektiv idarəetmənin və davamlı inkişaf strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir.
Ziraat Bank Azərbaycan-ın yaydığı press-relizdə qeyd edilib ki, 2025-ci ilin ikinci rübü ilə müqayisədə Bankın kredit portfeli 33% artaraq 832 milyon manata çatıb. Kredit portfelinin əsas hissəsini təşkil edən biznes kreditləri isə 28% artaraq 735 milyon manata yüksəlib. Bu göstəricilər Ziraat Bank Azərbaycanın real sektorun maliyyələşdirilməsində mühüm rol oynamağa davam etdiyini göstərir.
Depozit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, ümumi depozit portfeli 50% artaraq 1 milyard 266 milyon manata çatıb. Xüsusilə hüquqi şəxslərin müddətli depozitləri 95 artaraq müştərilərin Banka olan etimadının daha da möhkəmləndiyini nümayiş etdirib.
Bankın gəlirlilik göstəriciləri də müsbət dinamikanı davam etdirib. Xalis əməliyyat mənfəəti 34% artaraq 21 milyon manata, xalis faiz gəliri 38% artaraq 26 milyon manata, xalis mənfəət isə 14% artaraq 11,6 milyon manata yüksəlib.
Eyni zamanda, Ziraat Bank Azərbaycanın cəmi aktivləri 46% artaraq 1 milyard 560 milyon manata, cəmi kapitalı isə 20% artaraq 174 milyon manata çatıb. Bu nəticələr Bankın maliyyə dayanıqlığını daha da gücləndirdiyini və davamlı inkişafını uğurla davam etdirdiyini təsdiqləyir.
Ziraat Bank Azərbaycan gələcək dövrdə də müasir bankçılıq həlləri, innovativ məhsullar və müştəriyönümlü xidmət yanaşması ilə ölkə iqtisadiyyatının inkişafına töhfə verməyi və müştəriləri üçün etibarlı maliyyə tərəfdaşı olmağı hədəfləyir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
11 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib




















