Rəhbər şəxsləri də “PAŞA Bank”ın səhmlərini alıblar - ALIŞ MƏBLƏĞLƏRİ
“PAŞA Bank” ASC-nin ilkin kütləvi təklifi çərçivəsində bankın rəhbər şəxsləri və digər insayderlər (cəmi 34 insayder) tərəfindən səhm alışı barədə məlumatları açıqlayıb.
Marja.az bankın açıqladığı insayder əqdləri barədə məlumatlara istinadən xəbər verir ki, əməliyyatların hamısı 19 iyun 2026-cı ildə “Bakı Fond Birjası” QSC-də ilkin yerləşdirmə çərçivəsində həyata keçirilib.
Səhmlərin hər birinin alış qiyməti 55 manat olub. Alış məbləğlərinə görə sıralama aşağıdakı kimidir:
- Cavid Quliyev – 499 min 950 manat
“PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 9 min 90 ədəd səhm alıb. Əməliyyatın ümumi məbləği 499 min 950 manat təşkil edib. Alışdan sonra onun “PAŞA Bank”ın nizamnamə kapitalındakı payı 0,04872% təşkil edib.
- Fərid Məmmədov – 297 min manat
“Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərid Məmmədov “PAŞA Bank”ın 5 min 400 ədəd səhmini əldə edib. Alış üçün 297 min manat ödənilib. Əməliyyatdan sonra Fərid Məmmədovun bankın nizamnamə kapitalındakı payı 0,02894% olub.
- Murad Süleymanov – 280 min 610 manat
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı Murad Süleymanov 5 min 102 ədəd səhm alıb.
Səhmlərin ümumi dəyəri 280 min 610 manat təşkil edib. Alışdan sonra onun bankdakı payı 0,02734%-ə yüksəlib.
- Heydər Süleymanov – 154 min manat
“PAŞA Bank”ın KOS və KİB rəqəmsal məhsullar üzrə aparıcı direktoru Heydər Süleymanov 2 min 800 ədəd səhm əldə edib.
Əqdin məbləği 154 min manat olub. Nəticədə onun bankın nizamnamə kapitalındakı payı 0,01501% təşkil edib.
- Pərvin Əhədzadə – 110 min manat
“PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı Pərvin Əhədzadə 2 min ədəd səhm alıb.
Əməliyyatın məbləği 110 min manat təşkil edib. Alışdan sonra onun bankın nizamnamə kapitalındakı payı 0,01072%-ə çatıb.
Beş şəxs 24 min 392 səhm alıb
Təqdim olunan məlumatların cəminə əsasən, adıçəkilən beş şəxs “PAŞA Bank”ın ümumilikdə 24 min 392 ədəd səhmini əldə edib. Alışların ümumi məbləği 1 milyon 341 min 560 manat olub.
Bu səhmlər ilkin kütləvi təklifə buraxılmış 932 min 926 ədəd səhmin təxminən 2,61%-nə bərabərdir. Əqdlərdən sonra beş şəxsin bankın nizamnamə kapitalındakı paylarının cəmi 0,13073% təşkil edib.
İnsayder əqdi barədə məlumatla ətraflı buradan tanış ola bilərsiniz.
Rəhbər şəxslərin ilkin kütləvi təklifdə şəxsi vəsaitləri ilə iştirak etməsi bankın gələcək maliyyə nəticələrinə və səhmlərin uzunmüddətli dəyərinə olan institusional etimadın göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə ən böyük alışın bankın Baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev tərəfindən həyata keçirilməsi diqqət çəkir.
Bununla belə, əldə edilən səhmlərin bankın ümumi nizamnamə kapitalındakı payı məhdud olaraq qalır. Əməliyyatların əsas əhəmiyyəti payların həcmi ilə yanaşı, bankın yüksək vəzifəli rəhbərlərinin IPO prosesində birbaşa investor kimi iştirak etməsidir.
İnsayder (ing. insider) — hər hansı təşkilat, şirkət və ya qapalı qrup haqqında geniş kütləyə məlum olmayan konfidensial (gizli) məlumatlara birbaşa çıxışı olan şəxsdir. Bu termin adətən maliyyə, hüquq və korporativ idarəetmə sahələrində işlədilir.İnsayderlərin xüsusiyyətləri: Kimlər ola bilər: Şirkət rəhbərləri, direktorlar şurasının üzvləri, böyük səhmdarlar, hətta bəzən audit və ya hüquq xidməti əməkdaşları kimi daxili məlumatı əldə etmək imkanı olan şəxslər.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
20 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
7 d. əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 21 saat əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®



















