Bu lizinq şirkətinin gəlirləri azalsa da, xalis mənfəətini artırıb
Maliyyə lizinqi xidmətləri göstərən “Partner Finance” QSC 2025-ci ili 962 min 921 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınmış 935 min 16 manatla müqayisədə 27 min 905 manat və ya 3 faiz çoxdur.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “Partner Finance”ın 2025-ci ildə cəmi gəlirləri 2 milyon 294 min 5 manat təşkil edib. Gəlirlər illik müqayisədə 152 min 490 manat və ya 6,2 faiz azalıb.
Şirkətin faiz gəlirləri 9,3 faiz azalaraq 1 milyon 973 min 529 manata düşüb. Bununla yanaşı, komissiya gəlirləri 14,3 faiz artaraq 234 min 650 manata, digər gəlirlər isə 30,2 faiz yüksələrək 85 min 826 manata çatıb.
Mənfəət xərc optimallaşdırılması hesabına artıb
“Partner Finance”ın cəmi xərcləri 2025-ci ildə 1 milyon 90 min 354 manat olub. Xərclər əvvəlki illə müqayisədə 187 min 371 manat və ya 14,7 faiz azalıb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 3 faiz artaraq 1 milyon 203 min 651 manata çatıb.
31 dekabr 2025-ci il tarixinə “Partner Finance”ın aktivləri 12 milyon 416 min 165 manat təşkil edib. Aktivlər bir il ərzində 1 milyon 386 min 652 manat və ya 10 faiz azalıb.
Debitor borcları 1,4 milyon manat azalıb
31 dekabr 2025-ci il tarixinə “Partner Finance”ın qısamüddətli debitor borcları (kredit portfeli) 12 milyon 391 min 257 manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 13 milyon 792 min 89 manatla müqayisədə 1 milyon 400 min 832 manat və ya 10,2 faiz azalıb.
Qısamüddətli debitor borcları şirkətin cəmi aktivlərinin təxminən 99,8 faizini təşkil edib. Bu isə “Partner Finance”ın aktivlərinin əsas hissəsinin müştərilərdən və digər tərəflərdən alınmalı vəsaitlərdə cəmləşdiyini göstərir.
Şirkətin öhdəlikləri 21,3 faiz azalaraq 8 milyon 856 min 612 manata düşüb, kapitalı isə 1 milyon 4 min 938 manat və ya 39,3 faiz artaraq 3 milyon 559 min 553 manata yüksəlib. Nizamnamə kapitalı 102 min manatdan 152 min manata çatdırılıb.
Gəlirlərin və aktivlərin azalmasına baxmayaraq, xərclərin daha sürətli ixtisarı “Partner Finance”ın mənfəətini artırmasına imkan verib. Öhdəliklərin azalması və kapitalın 39,3 faiz yüksəlməsi şirkətin maliyyə dayanıqlığının gücləndiyini və borclanma yükünün azaldığını göstərir.
“Partner Finance”ın işçilərin sayı 31 dekabr 2025-ci il tarixinə 8 nəfər olub.
31 dekabr 2025-ci il tarixinə “Partner Finance” QSC-nin nizamnamə kapitalı 152 min manat təşkil edib. Kapital hər birinin nominal dəyəri 100 manat olan 1 520 ədəd adi, adlı və sənədsiz səhmdən formalaşıb.
Şirkətin səhmdarları və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir:
Nərmin Mikayıl qızı İsmayılzadə – 32,8947 faiz və ya 50 min manat;
Şamama Balaqardaş qızı Qurbanova – 32,8947 faiz və ya 50 min manat;
Anar Seyran oğlu Nuriyev – 32,8947 faiz və ya 50 min manat;
Nübüvvət Rza oğlu Rzayev – 1,3158 faiz və ya 2 min manat.
2024-cü ilin sonunda Şamama Qurbanova və Anar Nuriyevin hər biri şirkətin kapitalında 49,0196 faiz, Nübüvvət Rzayev isə 1,9608 faiz paya malik olub. Nərmin İsmayılzadə həmin dövr üzrə səhmdarlar siyahısında yer almayıb.
2025-ci ildə nizamnamə kapitalının 102 min manatdan 152 min manata qaldırılması nəticəsində Nərmin İsmayılzadə 50 min manatlıq payla səhmdarlar sırasına daxil olub. Şamama Qurbanova və Anar Nuriyevin nominal payları dəyişməsə də, kapital artımından sonra onların faizlə ifadə olunan iştirak payları 49,0196 faizdən 32,8947 faizə enib. Nübüvvət Rzayevin də 2 min manatlıq nominal payı dəyişməyib, lakin iştirak payı 1,9608 faizdən 1,3158 faizə düşüb.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
10 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib






















