Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB mənfəətinin kəskin artdığını açıqladı – BANKIN YARIMİLLİK MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU

ABB-nin 6 aylıq xalis mənfəəti 61 faiz və ya 95 milyon manat artaraq 250 milyon manatı keçib.
AzVak-mobil_resmin_ustu_31
ABB mənfəətinin kəskin artdığını açıqladı – BANKIN YARIMİLLİK MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2026-cı ilin ilk 6 ayını 250 milyon 555 min 950 manat xalis mənfəətlə başa vurub. Bank 2025-ci ilin eyni dövründə 155 milyon 472 min 60 manat xalis mənfəət əldə etmişdi. Beləliklə, ABB-nin xalis mənfəəti illik müqayisədə 95 milyon 83 min 890 manat və ya 61,2 faiz artıb. Bankın mənfəətindəki artım faiz gəlirlərinin yüksəlməsi, qeyri-faiz gəlirlərindəki sıçrayış, əməliyyat səmərəliliyinin yaxşılaşması və mümkün zərərlər üzrə ehtiyat xərclərinin azalması ilə əlaqədardır.

Marja.az ABB-nin 30 iyun 2026-cı il tarixinə açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın həm faiz və qeyri-faiz gəlirlərində, həm də aktiv və kredit portfelində əhəmiyyətli artım qeydə alınıb.

Faiz gəlirləri artıb

ABB-nin faiz gəlirləri 2026-cı ilin yanvar–iyun aylarında 613 milyon 231 min 900 manat təşkil edib. Ötən ilin eyni dövründə bankın faiz gəlirləri 531 milyon 721 min 460 manat olmuşdu. Faiz gəlirlərində 81 milyon 510 min 440 manat və ya 15,3 faiz artım qeydə alınıb. Artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər olub. Bu kreditlərdən əldə edilən faiz gəlirləri 394 milyon 354 min 140 manatdan 481 milyon 626 min 670 manata yüksəlib. Artım 87 milyon 272 min 530 manat və ya 22,1 faiz təşkil edib.

Digər faiz gəlirləri də 4 milyon 59 min 900 manat və ya 13,9 faiz artaraq 33 milyon 236 min 370 manata çatıb.

Faiz xərcləri artıb

ABB-nin faiz xərcləri 2025-ci ilin ilk yarısındakı 181 milyon 830 min 850 manatdan 2026-cı ilin eyni dövründə 219 milyon 721 min 320 manata yüksəlib. Faiz xərcləri 37 milyon 890 min 470 manat və ya 20,8 faiz artıb.

Faiz xərclərinin gəlirlərdən daha sürətli artmasına baxmayaraq, ABB-nin xalis faiz gəlirləri yüksəlib. Bankın xalis faiz gəlirləri 2025-ci ilin ilk yarısındakı 341 milyon 769 min 270 manatdan 2026-cı ilin eyni dövründə 382 milyon 311 min 300 manata çatıb. Artım 40 milyon 542 min 30 manat və ya 11,9 faiz təşkil edib.

ABB-nin qeyri-faiz gəlirləri 91 milyon manat artıb

ABB-nin qeyri-faiz gəlirləri 2026-cı ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 198 milyon 952 min 470 manatdan 290 milyon 143 min 790 manata yüksəlib. İllik artım 91 milyon 191 min 320 manat və ya 45,8 faiz təşkil edib. Qeyri-faiz gəlirlərindəki artımın əsas mənbələrindən biri də törəmə şirkətlərdən ödənilmiş dividendlər olub. 

İş elanları AzVak.az-da

Aktivləri 15 milyard 304 milyon manatı keçib

30 iyun 2026-cı il tarixinə ABB-nin cəmi aktivləri 15 milyard 304 milyon 532 min manat təşkil edib. 2025-ci ilin sonunda bankın aktivləri 13 milyard 626 milyon 903 min 150 manat idi. Altı ay ərzində aktivlər 1 milyard 677 milyon 628 min 850 manat və ya 12,3 faiz artıb.

Bankin kredit portfeli artıb

ABB-nin müştərilərə verdiyi kreditlərin ümumi məbləği 2025-ci ilin sonundakı 7 milyard 79 milyon 983 min 890 manatdan 30 iyun 2026-cı il tarixinə 7 milyard 601 milyon 968 min 740 manata yüksəlib. Ümumi kredit portfeli 521 milyon 984 min 850 manat və ya 7,4 faiz artıb.

Biznes kreditləri 119 milyon 738 min 640 manat artaraq 3 milyard 664 milyon 732 min 70 manata yüksəlib.

İpoteka kreditləri 226 milyon 791 min 870 manat artaraq 1 milyard 777 milyon 542 min 110 manata çatıb.

İstehlak kreditləri 175 milyon 454 min 340 manat artaraq 2 milyard 159 milyon 694 min 560 manat olub.

İpoteka və istehlak portfelinin artımına Bank BTB-dən də ötürülən kreditlərin portfelə daxil edilməsi təsir göstərib.

Əhali ABB-də depozitlərini yarım milyard manata yaxın artırıb

ABB-nin depozit portfeli 2025-ci ilin sonundakı 8 milyard 892 milyon 880 min 330 manatdan 9 milyard 257 milyon 94 min 280 manata yüksəlib.

Depozitlərin məbləği 364 milyon 213 min 950 manat və ya 4,1 faiz artıb.

Əhalinin bankdakı depozitləri 489 milyon 526 min 950 manat və ya 14,4 faiz artaraq 3 milyard 893 milyon 804 min 150 manata çatıb, fiziki şəxslərin ümumi depozitlərdə payı 38,3 faizdən 42,1 faizə yüksəlib.

ABB-nin kapital adekvatlığı əmsalı 17,85 faiz olub

Tutulmalardan sonra ABB-nin məcmu kapitalı 1 milyard 941 milyon 182 min 230 manat olub. 30 iyun 2026-cı il tarixinə - I dərəcəli kapitalın adekvatlıq əmsalı 15,58 faiz,  məcmu kapitalın adekvatlıq əmsalı 17,85 faiz təşkil edib.

Səhmdarlara 200 milyon manat dividend ödənib

ABB ASC-nin Səhmdarlarının növbəti Ümumi Yığıncağının 07.05.2026-cı il tarixli qərarına əsasən, Bankın 2025-ci ildə əldə edilmiş mənfəətindən 200 milyon manat məbləğində vəsait Bankın səhmdarlarına dividend şəklində ödənilib. Dividendlərin 184.4 milyon manatı dövlət büdcəsinə ödənilib.

Bank BTB-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi prosesi başa çatıb.

BTB Bank-nın aktiv və öhdəliklərinin ötürülməsi üzrə prosesin başa çatması nəticəsində ABB ASC müvafiq aktiv və öhdəlikləri öz üzərinə götürərək müştərilər qarşısında öhdəliklərin icrasını və bank xidmətlərinin fasiləsiz göstərilməsini təmin edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ABB Azərbaycan Beynəlxalq Bankı ABB maliyyə nəticələri ABB yarımillik nəticələri ABB xalis mənfəət ABB mənfəət artımı ABB faiz gəlirləri ABB faiz xərcləri ABB xalis faiz gəlirləri ABB qeyri-faiz gəlirləri ABB əməliyyat səmərəliliyi ABB aktivləri ABB kredit portfeli ABB biznes kreditləri ABB ipoteka kreditləri ABB istehlak kreditləri ABB depozit portfeli ABB əhali depozitləri ABB fiziki şəxslərin depozitləri ABB məcmu kapitalı ABB kapital adekvatlığı ABB dividend ödənişi ABB səhmdarları ABB dövlət büdcəsi ABB törəmə şirkətlər ABB mümkün zərərlər üzrə ehtiyatlar ABB maliyyə hesabatı ABB maliyyə vəziyyəti ABB bank göstəriciləri ABB gəlirləri ABB kredit artımı ABB depozit artımı ABB kapital dayanıqlığı Bank BTB Bank BTB aktivləri Bank BTB öhdəlikləri Bank BTB kreditləri ABB və Bank BTB Azərbaycan bankları Azərbaycan bank sektoru bankların maliyyə nəticələri bank mənfəəti
14.07.2026 15:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19