Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Unibank" maliyyə nəticələrini açıqladı

Unibank 2026-cı ilin 1-ci yarısında 28,6 milyon manatdan çox əməliyyat mənfəəti, 17,2 milyon manat xalis mənfəət əldə edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank" maliyyə nəticələrini açıqladı

"Unibank KB" 2026-cı ilin ilk yarısının yekunları üzrə maliyyə göstəricilərini açıqlayıb.

Unibank-ın yaydığı press-relizdə bildirilir ki, Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq 2,3 milyard manatı keçib.

Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.

Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də artırmasına imkanlar yaradıb.

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ikinci rübünü də müsbət dinamika və əhəmiyyətli nəticələrlə başa vurub:

“2026-cı ilin ikinci rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. İlk rübdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni 3 illik strategiyamız çərçivəsində daha çevik, rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün transformasiya ili olaraq qalır. Qarşıdakı dövrdə məhsul və xidmətlərimizi daha da təkmilləşdirmək, rəqəmsal həlləri genişləndirmək və real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz sırasında olacaq”.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 16%, sayı isə 32 % artıb. Bu ilin əvvəlindən 30 iyun tarixinədək nağdsız əməliyyatların həcmi 8,1 milyard manatı, sayı isə 283 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfərə yaxınlaşıb. 2025-cı ilin ikinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 15 %, hüquqi şəxslərin sayı isə 6 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ikinci rübün sonuna ümumi depozit portfelinin həcmi 1,4 milyard manata yaxınlaşıb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artmaqla, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 46%-dən çox artaraq, 694 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 2-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında bu il 53 %-lik artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində payı 47 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 259 milyon manat təşkil edib və kredit portfeli ikinci rübün sonuna 1,5 milyard manata yaxınlaşıb.

Unibank Unibank maliyyə nəticələri Unibank ikinci rüb nəticələri Unibank xalis mənfəət Unibank əməliyyat mənfəəti Unibank məcmu gəlirləri Unibank aktivləri Unibank məcmu kapitalı Unibank kapital adekvatlığı Unibank maliyyə dayanıqlığı Unibank beynəlxalq maliyyələşmə Unibank beynəlxalq maliyyə bazarları Unibank depozit portfeli Unibank kredit portfeli Unibank biznes kreditləri Unibank mikro kreditlər Unibank kiçik biznes kreditləri Unibank sahibkar müştərilər Unibank hüquqi şəxslər Unibank müştəri bazası Unibank nağdsız əməliyyatlar Unibank rəqəmsal bankçılıq Unibank rəqəmsal həllər Unibank transformasiya strategiyası Unibank yeni strategiya Unibank müştəriyönümlü bankçılıq Unibank real iqtisadiyyata dəstək Unibank sahibkarlığın maliyyələşdirilməsi Unibank dayanıqlı layihələr Unibank məhsul və xidmətləri Unibank Heybət Qədirov Heybət Qədirov Unibank KB ASC Unibank Sənin Bankın Azərbaycan bankları Azərbaycan bank sektoru
14.07.2026 15:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19