970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Daşınmaz əmlak bazarının gələcəyi Bakıda müzakirə olunacaq — AIREX Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə sayılı günlər qaldı!

AzVak-mobil_resmin_ustu_31
Daşınmaz əmlak bazarının gələcəyi Bakıda müzakirə olunacaq — AIREX Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə sayılı günlər qaldı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycanda ilk dəfə beynəlxalq səviyyəli daşınmaz əmlak sərgisi keçiriləcək.

4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (AIREX) qapılarını yalnız ziyarətçilər üçün deyil, ilk növbədə öz layihələrini beynəlxalq auditoriyaya çatdırmaq istəyən developerlər, investorlar, fondlar və sektor liderləri üçün açır. Təşkilatçılar vurğulayır ki, sərginin əsas uğur göstəricisi əldə olunan görüşlər, danışıqlar və reallaşan sövdələşmələrdir.

Sərgi PAŞA Property Management Baku Expo Management-in təşkilatçılığı; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, Qarabağ Dirçəliş Fondu, KOBİA, AZPROMO ADRA-nın dövlət dəstəyi; PAŞA Real Estate, Sea Breeze, PMD Group Bakı Ağ Şəhər-in baş sponsorluğu; Azərbaycan Beynəlxalq Bankı, AmCham Azərbaycan Absheron Hotel Group (AHG)-un partnyorluğu, eləcə də Times Consulting-in strateji partnyorluğu ilə həyata keçiriləcək.

“AIREX daşınmaz əmlak sektorunun developerlərini, investorlarını və alıcılarını bir araya gətirən mühüm beynəlxalq platforma olacaq. Tədbirdə Azərbaycanın və eləcə də regionun ən maraqlı, perspektivli daşınmaz əmlak layihələri nümayiş etdiriləcək, iştirakçı şirkətlərə öz layihələrini geniş ictimaiyyətə təqdim etmək, investorlar və potensial müştərilərlə birbaşa əlaqələr qurmaq imkanı yaradılacaq. Əminik ki, AIREX yeni əməkdaşlıqların, investisiyaların və imkanların qovuşduğu aparıcı regional platformaya çevriləcək”, — deyə sərginin təşkilatçılarından biri olan PAŞA Property Management-in Baş İcraçı Direktoru Tural Əliyev bildirib.

2026-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq ili” elan edilməsi, Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla keçirilərək dünyanın 170-dən çox ölkəsindən on minlərlə iştirakçını bir araya gətirməsi və illik tikinti sektorunun ümumi həcminin 10 milyard ABŞ dollarını ötməsi daşınmaz əmlak sektorunun ölkəmiz üçün nə dərəcədə aktual və əhəmiyyətli olduğunu bir daha sübut edir.

AIREX kimlər üçün nəzərdə tutulub?

Yerli və beynəlxalq developerlər, investorlar və investisiya fondları, memarlıq və dizayn şirkətləri, proptech şirkətləri, tikinti materialları və texnologiyaları istehsalçıları, mehmanxana və qonaqpərvərlik sektorunun investorları.

İştirakınız sizə nə qazandıracaq?

• Müxtəlif ölkələrdən developer, investor, fond və sektor liderlərini bir araya gətirən qlobal daşınmaz əmlak sərgisində birbaşa yer alırsınız;

• Layihələrinizi ixtisaslaşmış investorlar və qərarvericilərlə üz-üzə təqdim etmək imkanı qazanırsınız;

• Genişmiqyaslı inkişaf və infrastruktur layihələri ilə yaxından tanış olursunuz;

• Birbaşa müqavilələr, tərəfdaşlıqlar və beynəlxalq investisiya imkanları üçün əlverişli zəmin əldə edirsiniz;

• Özünüzü qlobal daşınmaz əmlak investisiya ekosisteminin mərkəzində mövqeləndirirsiniz.

Spikerlərin adları, panel mövzuları və təqdim olunacaq layihələr yaxın aylarda açıqlanacaq.

İştirakçı stendləri sürətlə dolur!

Əgər siz investor, developer, memar, realtor və ya daşınmaz əmlak sektorunun hər hansı bir iştirakçısısınızsa, AIREX yerli və qlobal bazarın oyunçuları ilə bir araya gəlmək, yeni tərəfdaşlıqlar və əlaqələr qurmaq və real biznes imkanlarını dəyərləndirmək üçün əla fürsətdir.

Ətraflı məlumat və qeydiyyat üçün https://airex.az saytına daxil ola və ya *0776 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

14.07.2026 10:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19