Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
İyul ayının 9-dan başlayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır. Hadrut qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 9-u günün sonunadək davam edəcək.
Bu barədə Marja-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Hadrut qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Hadrut qəsəbəsində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.
Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Hadrut qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)
Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Hadrut” seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Hadrut qəsəbəsi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd edək ki, sonrakı mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə (tel: 077-577-93-97, 050-533-68-71, email: xocavend@agro.gov.az) müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
-
15 d. əvvəl
“Bank Melli İran”ın Bakı filialı daha az qazanıb - Xalis mənfəəti kəskin azalıb
- 19 d. əvvəl
- 35 d. əvvəl
- 55 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Bank Respublika" Finlandiya fondundan 15 milyon avro cəlb edib
OpenAI təkmilləşdirilmiş yeni səs modellərini istifadəyə verib - Eyni anda həm danışa, həm də dinləyə bilir
Sərnişinlərin sayı Bakı – Daşkənd – Bakı üzrə 58%, Bakı – Səmərqənd – Bakı üzrə 174% artıb
Rusiya dizel yanacağının ixracını qadağan edib
AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!
Rəsmi məzənnələr açıqlandı






















