“Bank Respublika” kapital strukturunu dəyişə və imtiyazlı səhmlər buraxa bilər
“Bank Respublika” ASC səhmdarların növbədənkənar ümumi yığıncağını keçirəcək.
Marja.az xəbər verir ki, yığıncaq 24 iyul 2026-cı il tarixində saat 10:00-da Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində baş tutacaq.
Yığıncağın gündəliyinə əsasən, “Bank Respublika” ASC-nin inkişaf strategiyası və bununla əlaqədar kapital strukturu müzakirə ediləcək, müvafiq qərarın qəbul olunması nəzərdə tutulur.
Bundan başqa, səhmdarlar “Bank Respublika” ASC tərəfindən imtiyazlı səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması məsələsinə baxacaqlar. Kapital artımı ilə əlaqədar bankın Nizamnaməsinə müvafiq dəyişikliklərin təsdiqlənməsi də gündəlikdə yer alıb.
İclasda həmçinin “Bakı Sığorta” ASC və “Respublika İnvest” MMC-nin fəaliyyətinə dair müzakirələrin aparılması və müvafiq qərarların qəbul edilməsi planlaşdırılır.
Gündəliyə daxil edilən digər məsələlər sırasında iclasın sədrinin və katibinin təyin edilməsi, iclas gündəliyinin təsdiqi, eləcə də “Bank Respublika” ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi də var.
Səhmdarlar yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallarla 16 iyul 2026-cı ildən 22 iyul 2026-cı ilədək, şənbə və bazar günləri istisna olmaqla, saat 10:00-dan 12:00-dək bankın Baş Ofisində tanış ola bilərlər.
Qeyd edək ki, 16 İyun 2026-cı il tarixdə “Bank Respublika” ASC səhmdarların Növbəti Ümumi Yığıncağı keçiriləcəyi açıqlanmışdı.
Həmin yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
- İclasın sədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- 2025-cü il üçün kənar audit yoxlamasının nəticələri haqqında.
- "Bank Respublika" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2025-cü il üzrə illik hesabatının təsdiq edilməsi haqqında.
- "Bank Respublika" ASC-nin nizamnamə kapitalının artırılması haqqında.
- "Bank Respublika" ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi haqqında.
- Bank Respublika ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
- Bank Respublika ASC-nin Müşahidə Şurasının əsasnaməsinin təsdiq edilməsi haqqında.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















