Birja üzvlərinin dövriyyəsi 45,5 milyard manatı ötüb
Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin 2026-cı ilin yanvar- iyun ayları üzrə dövriyyəsi açıqlanıb.
Marja.az Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, yanvar - iyun dövründə birja üzvlərinin ümumi dövriyyəsi 45 milyard 545 milyon manat təşkil edib. İl 6 ay ərzində ümumilikdə 70 min 667 əməliyyat aparılıb.
Hesabat dövründə dövriyyə həcminə görə birinci yerdə “ABB Invest İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Şirkətin yanvar- iyun üzrə dövriyyəsi 22 milyard 475 milyon 959 min manat olub. Bu, ümumi dövriyyənin təxminən 49,3 faizinə bərabərdir.
İkinci yerdə 7 milyard 619 milyon 302 min manat dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb. “Unicapital İnvestisiya Şirkəti” ASC 4 milyard 493 milyon 50 min manat dövriyyə ilə üçüncü olub.
İlk beşliyi 4 milyard 331 milyon 12 min manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və 3 milyard 380 milyon 611 min manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC tamamlayıb.
BFB-də yanvar- iyun dövründə ən böyük dövriyyə repo əməliyyatları üzrə formalaşıb. Repo bazarında birja üzvlərinin dövriyyəsi 42 milyard 92 milyon manat olub ki, bu da ümumi həcmin 92 faizindən çoxunu təşkil edib.
Dövlət istiqrazları üzrə dövriyyə 1 milyard 417 milyon manat, korporativ istiqrazlar üzrə 1 milyard 106 milyon manat, Mərkəzi Bankın qiymətli kağızları üzrə 809 milyon manat, səhm bazarı üzrə isə 121 milyon manat təşkil edib.
Əməliyyatların sayına görə isə lider “PAŞA Kapital İnvestisiya Şirkəti” olub. Şirkət yanvar- iyun ayları ərzində 39 min 889 əməliyyat həyata keçirib. “ABB Invest” 15 min 647 əməliyyatla ikinci, “Troni İnvestisiya Şirkəti” isə 5 min 381 əməliyyatla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, BFB-nin təqdim etdiyi digər statistikaya əsasən, 2025-ci ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin ümumi dövriyyəsi 52 milyard 443 milyon manat olmuşdu. Həmin dövrdə ən böyük dövriyyə 24 milyard 460 milyon manatla “PAŞA Kapital”ın, 17 milyard 774 milyon manatla “ABB Invest”in payına düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















