970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Azərbaycanda xarici investorların pul çıxarışına məbləğ məhdudiyyəti ləğv edilir. Xarici investorlar üçün mühüm dəyişiklik: mənfəət və dividendlərin köçürülməsinə limit qoyulmayacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qeyri-rezidentlərin Azərbaycan Respublikasında qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Reklam_3_11

Layihəyə əsasən, köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

Rezidentlər valyuta vəsaiti məbləğinin 30 faizinədək məbləğdə cərimə olacaq

Rezidentlər üçün isə xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən. "Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

qeyri-rezident qeyri-rezident investorlar xarici investorlar investisiya gəlirləri investisiya repatriasiyası mənfəətin repatriasiyası dividendlərin repatriasiyası kapital artımı kapital gəliri investisiyanın realizə edilməsi Valyuta tənzimi haqqında qanun valyuta tənzimi Milli Məclis qanun layihəsi birinci oxunuş Azərbaycan investisiya mühiti xarici investisiyalar daşınmaz əmlak investisiyası pay və səhmlər səhmlərdən gəlir dividend gəliri mənfəət əlavə dəyər məbləğ məhdudiyyəti köçürmə limiti valyuta köçürmələri bank çıxarışı gömrük bəyannaməsi dövlət reyestri rəsmi çıxarış ilkin mədaxil sənədi investisiya obyekti kapital axını investor hüquqları Azərbaycan iqtisadiyyatı
07.07.2026 13:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19