Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi Google-un Android əməliyyat sistemi ilə bağlı aldığı 4,1 milyard avroluq rəqabət cəriməsinə dair son etirazını rədd edib.
Marja xəbər verir ki, məhkəmə şirkətin mobil əməliyyat sistemindəki dominant mövqeyindən rəqabəti məhdudlaşdıracaq şəkildə istifadə etməsi ilə bağlı Avropa Komissiyasının gəldiyi nəticələri hüquqa uyğun hesab edib.
Proses 2018-ci ildə başlamışdı
İş Avropa Komissiyasının 2018-ci ildə Google-a 4,34 milyard avro cərimə tətbiq etməsi ilə başlamışdır. Komissiya Google-un telefon istehsalçılarını Google Axtarış sistemi və Chrome brauzerini cihazlara əvvəlcədən quraşdırmağa məcbur etdiyini, bunun isə istehlakçı seçimlərini məhdudlaşdıraraq rəqib axtarış sistemləri və internet brauzerlərinin bazarda rəqabət aparmasını çətinləşdirdiyini bildirmişdi.
Daha sonra cərimənin məbləği 4,1 milyard avroya endirilmişdi. Son olaraq Aİ-nin ən yüksək məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
Google: Android rəqabəti artırır
Google isə Android-in istehsalçılara pulsuz və açıq mənbəli əməliyyat sistemi təqdim etdiyini, bunun rəqabəti artırdığını və 2018-ci ildən bəri tətbiqlərində müxtəlif dəyişikliklər etdiyini bildirib. Lakin məhkəmə bu arqumentləri kifayət qədər əsaslı hesab etməyərək Avropa Komissiyasının qərarını düzgün sayıb.
Texnologiya şirkətləri üçün presedent qərar
Qərar Avropa İttifaqının iri texnologiya şirkətlərinin bazar gücünü məhdudlaşdırmağa yönəlmiş rəqabət siyasəti baxımından mühüm presedent kimi qiymətləndirilir.Ekspertlərin fikrincə, qərar xüsusilə Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində aparılan yeni araşdırmalar üçün də hüquqi əsas yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















