Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Unibank ixrac və idxal əməliyyatlarının dəstəklənməsi, eləcə də Azərbaycan bizneslərinin, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) maliyyələşməyə çıxışının artırılması məqsədilə ticarət maliyyələşdirmə xətti üzrə 7 milyon ABŞ dolları məbləğində saziş imzalayıblar.
Unibankdan Marja.az-a verilən məlumata görə, yenimaliyyə xəttibeynəlxalqticarətindəstəklənməsinə və Azərbaycanbizneslərinin, xüsusilə də kiçikvə ortasahibkarlıqsubyektlərininmaliyyə resurslarına çıxışınıngenişləndirilməsinə xidmətedəcək.
Maliyyə xətti uyğun ticarət əməliyyatları üçün qısamüddətli maliyyələşdirmə təmin edəcək, şirkətlərin ticarət fəaliyyətinin davamlılığını dəstəkləyəcək və onların regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirəcək.
BSTDB-nin Prezidenti, Dr. Serhat Köksal bildirib: “Ticarətin asanlaşdırılması və özəl sektorun dəstəklənməsi BSTDB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Unibank ilə əməkdaşlığa başlayaraq, Azərbaycandakı aktiv maliyyə vasitəçiləri şəbəkəmizi genişləndirməkdən məmnunuq. Bu maliyyə xətti vasitəsilə Bank Azərbaycan bizneslərinə, o cümlədən KOB-lara, kommersiya fəaliyyətlərini genişləndirməkdə və regional və beynəlxalq bazarlarla əlaqələrini gücləndirməkdə dəstək göstərəcək.”
“Unibank”ın İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: “BSTDB ilə tərəfdaşlığımızın bərpasından və yeni ticarət maliyyələşdirmə xətti vasitəsilə bu əməkdaşlığın daha da gücləndirilməsindən məmnunuq. Ticarət maliyyələşdirməsinə çıxışın genişləndirilməsi Azərbaycan bizneslərinin, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Bu maliyyə xətti müştərilərimizə əlavə maliyyələşdirmə imkanları təqdim etməyə, beynəlxalq ticarət fəaliyyətlərini genişləndirməyə və ölkənin özəl sektorunun dayanıqlı inkişafına töhfə verməyə imkan yaradacaq.”
Bakıda keçirilən BSTDB Biznes Forumu çərçivəsində imzalanan saziş BSTDB ilə Unibank arasında əsası 2005-ci ildə qoyulan əməkdaşlığın davamıdır. Əvvəlki maliyyələşdirmə proqramları çərçivəsində BSTDB yerli KOB-lara verilən təxminən 150 subkrediti dəstəkləyib və ümumi məbləği 24,7 milyon ABŞ dolları olan 31 ticarət əməliyyatını maliyyələşdirib.
BSTDB haqqında
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın baş qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. BSTDB üzv ölkələrdə dövlət və özəl sektor layihələrinin, eləcə də ticarət əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlər, kredit xətləri, kapital yatırımları və zəmanətlər təqdim etməklə iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir.
Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir. BSTDB haqqında ətraflı məlumat üçün: www.bstdb.org
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.
Bank haqqında daha ətraflı: https://unibank.az/az
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
6 saat əvvəl
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
-
- 13 saat əvvəl
-
16 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
2 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Yeddi "OPEC+" ölkəsi oktyabrda neft hasilatı kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi























