"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Son illər meyvəçiliyin inkişafı istiqamətində Ağstafada da bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlətin aqrar sektora göstərdiyi diqqət və dəstəkdən faydalanan sahibkarlar yeni meyvə bağları salmış, köhnələrinin sahəsini genişləndirmişlər.
Ağstafa Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanovla söhbətimiz elə bu istiqamətdə oldu. Çeyrançöldə yaradılmış "KUR FRUİT COMPANY" şirkətində görülən işlərdən, orada salınan meyvə bağlarında əldə olunan nailiyyətlərdən danışdıq və məsləhət görüldü ki, bütün bunları gözlə görmək lazımdır.
Həqiqətən, təsərrüfatda olarkən insan əllərinin nələrə qadir olduğunun şahidi olduq. Hər tərəf yaşıllığa bürünmüşdü. Ağacların ustundəki yetişmiş müxtəlif meyvələrin ətri ətrafa yayılmışdı.
Bizi Ramiz Nuriyev qarşıladı. Biləndə ki o, şirkətin rəhbəridir, gözlərimizə inanmadıq - sıravi işçilərdən qətiyyən seçilmirdi. Təəccübümüzü görüb gülümsədi: "Mən adi geyimdə olmasam, işçilərə qoşulub çalışmasam, ürəyimə yatmır. Hətta yeməyi də birlikdə yeyirik".
Bağı gəzdik. Ramiz Nuriyev dedi ki, 160 hektar bağ salmaq o qədər də asan deyil: "Buralar Ceyrançöl ərazisi olduğundan hər tərəf quru düzənlik idi. Necə deyərlər, ilan mələşən yerlər idi. Ancaq ataların bir misalı var: niyyətin hara, mənzilin ora. 7 il əvvəl qolumuzu çırmalayıb işə girişdik. Ərazini kol-kosdan təmizlədik, su çəkdik, damcı üsulu ilə suvarma yaratdıq, ən yaxşı meyvə ağacları gətirdik. Sonra intensiv və superintensiv bağ salmağa başladıq. Neçə il onlara qulluq etdik. Nəhayət, ağaclar bar verdi. Bir neçə il ərzində ərazidə müxtəlif meyvələrin istehsalına nail olduq. İndi 11 adda meyvə yetişdiririk. Məhsullarımızı daxili bazarla yanaşı, xarici ölkələrə, xüsusən Rusiya və Qazaxıstana da ixrac edirik".
Şirkətdə çoxlu sayda mütəxəssis çalışır. Onlar tez-tez xarici mütəxəssislərdən məsləhətlər alır, özlərinin bilik və bacarıqlarını artırırlar. Hər il Çilidən, İspaniyadan, İtaliyadan və Estoniyadan dəvət olunmuş mütəxəssislər yerli kadrlarla təcrübə mübadiləsi aparırlar.
Söhbət zamanı öyrəndik ki, mövsüm vaxtı burada 500-600 adam çalışır. Onlar əsasən yaxın kəndlərin sakinləridir. Daimi işçilərin sayı isə 150 nəfərdir. 7 ildir ki, Poylu, Qıraq Kəsəmən, Saloğlu kəndlərinin sakinləri öz ailələrini bu təsərrüfatdan aldıqları əməkhaqqı ilə dolandıırırlar.
Şirkət texnika ilə də tam təmin olunmuşdur. Hazırda maşın parkında 20-yə yaxın texnika var və hamısı da yenidir.
Təsərrüfatda hər il 100 hektara yaxın sahədə taxıl da əkilir. Bu il də həmin ərazilərdə bol məhsul yetişmişdir. Keçən il hər hektardan 45 sentner məhsul götürülüb. Bu il həmin rəqəmin 50 sentner olacağı gözlənilir. Yaxın günlərdə biçinə başlanacaq.
R.Mirzəyev onu da dedi ki, qarşıda duran məsələlərdən biri emal müəssisəsinin yaradılmasıdır. Təsərrüfat bu işdə dövlətin dəstəyinə güvənir. Sözsüz ki, dövlət təsərrüfatın bu layihəsinin də reallaşmasına kömək edəcək.
Sabir ƏLİYEV, "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















