PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
(®) “INMerge” İstanbul və “INMerge” Daşkənd tədbirlərindən sonra “INMerge” İnnovasiya Sammiti 2026-cı il beynəlxalq tədbirlər seriyasını 29 iyun tarixində Berlində, AXICA Konqres Mərkəzində keçirilən “INMerge” Berlin tədbiri ilə yekunlaşdırıb.
Tədbir Avropa və Mərkəzi Avrasiya regionları üzrə investisiya, tərəfdaşlıq və bazar genişlənməsi imkanlarını müzakirə etmək məqsədilə təsisçiləri, investorları, korporativ innovasiya liderlərini, rəhbərləri, startapları, vençur kapitalı nümayəndələrini və texnologiya liderlərini bir araya gətirib.
Noyabr ayında Bakıda keçiriləcək əsas “INMerge” İnnovasiya Sammitindən əvvəl üçüncü və sonuncu beynəlxalq dayanacaq olan “INMerge” Berlin “GITEX Europe”-un rəsmi proqramı çərçivəsində keçirilən tədbir kimi baş tutub. PAŞA Holding-in təşəbbüsü və “Plug and Play” ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir Avropanın innovasiya ekosistemi ilə Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və digər sürətlə inkişaf edən innovasiya bazarları arasında fikir mübadiləsi, yeni əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayıb.
“INMerge Berlin “INMerge” İnnovasiya Sammitinin inkişafında mühüm mərhələdir. “INMerge”-i ilk dəfə Avropaya gətirməklə biz müzakirələri regional sərhədlərdən kənara çıxarır və Avropa, Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və inkişaf etməkdə olan innovasiya bazarları arasında daha güclü körpü yaradırıq. Bu tədbir texnologiya və sahibkarlığın gələcəyinə töhfə verə biləcək ideyalar ətrafında təsisçiləri, investorları, korporativ liderləri və ekosistem nümayəndələrini bir araya gətirmək istiqamətində olan öhdəliyimizi əks etdirir”, — deyə PAŞA Maliyyə Holding-nin baş icraçı direktoru Fərid Məmmədov bildirib.
Tədbir Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayevin açılış nitqi ilə başladı.
Proqram Martin Gutmannın “Yanlış liderlərimi önə çıxarırıq?” adlı əsas çıxışı ilə başlayıb. Çıxış sürətlə dəyişən qlobal innovasiya mühitində liderlik keyfiyyətlərinin necə transformasiya olunduğuna diqqət çəkərək, effektiv liderlik haqqında ənənəvi yanaşmaları yenidən düşünməyə çağırıb.
Daha sonra keçirilən “Etimad dəhlizləri: Avropa və inkişaf etməkdə olan bazarlar arasında maliyyə körpülərinin yenidən qurulması” adlı panel müzakirəsində maliyyə əlaqəliliyi və bazarlara çıxış məsələləri müzakirə olunub. Paneldə güclü institusional etimadın və sərhədlərarası tərəfdaşlıqların Avropa ilə inkişaf etməkdə olan bazarlar arasında böyüməni necə sürətləndirə biləcəyi vurğulanıb. Müzakirədə KfW IPEX-Bank-da Biznesin İnkişafı üzrə direktor vəzifəsində çalışan Ekaterina Galitsyna, PAŞA Bank Azərbaycan-ın baş icraçı direktorunun müavini Bəhruz Nağıyev, ODDO BHF-də İdarəedici direktor və Beynəlxalq Bankçılıq Satışları üzrə rəhbər Zuzana Franz çıxış etdilər. Panelin moderatoru NGIC-in baş strategiya direktoru Rza Əliyev olub.
“Səmərəlilikdən kənar: rifah, korporativ mədəniyyət və işin gələcəyi” adlı müzakirə sessiyasında PAŞA Holding-in baş icraçı direktorunun müavini və Qrup üzrə İnsan Resursları direktoru Ad Boon və Lucerne School of Business-in professoru Martin Gutmann çıxış ediblər. Sessiyanın moderatoru Gingo Partners-in həmtəsisçisi Maria Ivanova olub. Müzakirədə təşkilatların məhsuldarlığı əməkdaşların rifahı, inklüziv mədəniyyət və uzunmüddətli dayanıqlılıq ilə necə balanslaşdıra biləcəyi araşdırılıb, dəyişən iş modellərində insan mərkəzli yanaşmaların artan əhəmiyyəti vurğulanıb.
“Berlin laboratoriyalarından inkişaf etməkdə olan bazarlara: süni intellekt, böyük texnologiya şirkətləri və yeni innovasiya körpüsü ” adlı paneldə süni intellektin, qlobal texnologiya şirkətlərinin və inkişaf etməkdə olan bazar imkanlarının innovasiyanın növbəti dalğasını necə formalaşdırdığı müzakirə edilib. Paneldə Caucasus Ventures-in baş tərəfdaşı Məmməd Kərim, PAŞA Maliyyə Holding-in Qrup üzrə süni intellekt direktoru Mehdi Aslanov, SAP-da Qlobal Portfolio üzrə Birgə Yaradılış və Birgə İnnovasiya Mərkəzinin rəhbəri Alexandra Begue və Microsoft Germany-də Data and AI üzrə baş mütəxəssis Valeria Sadovykh çıxış ediblər. Panelin moderatoru PAŞA Maliyyə Holding-in İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva olub.
Beynəlxalq tədbirlər seriyası aparıcı investorlar tərəfindən qiymətləndirilən Startap təqdimat müsabiqəsi ilə yekunlaşıb. Seçilmiş üç startap 30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək əsas “INMerge” tədbirində iştirak etmək imkanı qazanıb. Birinci yerin qalibi olan “Sintro” tam maliyyələşdirilmiş iştirak paketi, digər iki startap, “Datfid” və “Lan fly” isə qismən maliyyə dəstəyi alan startaplar olub.
2026-cı il beynəlxalq tədbirlər seriyasının son dayanacağı olan Berlin “INMerge”-in Avropanı Mərkəzi Avrasiya ilə əlaqələndirmək və sərhədlərarası əməkdaşlığı gücləndirməkdəki rolunu bir daha nümayiş etdirib. Tədbir “INMerge” İnnovasiya Sammitinin 30 noyabr – 1 dekabr 2026-cı il tarixlərində keçiriləcək əsas tədbir öncəsi ekosistemləri, kapitalı və ideyaları bir araya gətirmək missiyasını bir daha təsdiqləyib.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
13 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 8 saat əvvəl
-
21 saat əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®





















