Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
18 iyun tarixində Four Seasons Hotel Baku-da “PMD Group” MMC və “Kensington” MMC-nin birgə layihəsi olan Botanica Residence-in rəsmi təqdimat və açılış mərasimi baş tutub.
Britaniyanın beynəlxalq təcrübəyə malik Chapman Taylor şirkəti tərəfindən hazırlanan layihə tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak ediblər.
Botanica Residence Bakı daşınmaz əmlak bazarına premium yaşayış anlayışına yeni baxış gətirən, şəhər dinamikası ilə təbiətin harmoniyasını bir araya gətirən unikal yaşayış layihəsidir. Layihənin əsas fəlsəfəsi sakinlərə sadəcə mənzil deyil, daha yüksək həyat keyfiyyəti, rifah və balanslı yaşam təcrübəsi təqdim etməkdir.
Layihə 4 yaşayış binasından ibarətdir və ümumilikdə 359 premium mənzili və 4 penthausu əhatə edir. Kompleksdə 2 bina 22 mərtəbəli, digər 2 bina isə 18 mərtəbəli olaraq layihələndirilib və kompleksin ümumi sahəsi 2.2 hektar ərazini əhatə edir.
Botanica Residence-in fərqləndirici xüsusiyyətlərindən biri onun yaşıl yaşam konsepti üzərində qurulmasıdır. Layihə sakinlərinə şəhərin mərkəzinə yaxın olmaqla yanaşı, eyni zamanda təbiətlə gündəlik əlaqədə yaşamaq imkanı yaradır. Kompleksin Mərkəzi Nəbatət Bağına yaxın yerləşməsi layihəyə xüsusi dəyər qazandırır. Bu strateji lokasiya sayəsində sakinlər həm şəhərin bütün üstünlüklərindən faydalanır, həm də yaşıllıq, təmiz hava və sakitliklə əhatə olunan lüks mühitdə yaşayırlar.
Botanica Residence yalnız memarlıq və lokasiya üstünlükləri ilə deyil, həm də təqdim etdiyi fərqli yaşam konsepti ilə seçilir. Geniş yaşıllıq zonaları, ailə yönümlü ictimai məkanlar, istirahət sahələri, sağlam və aktiv həyat üçün yaradılmış imkanlar layihəni bazardakı analoji təkliflərdən fərqləndirir. Burada hər detal sakinlərin fiziki, zehni və emosional rifahını dəstəkləmək üçün düşünülüb.
Layihə Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan PMD Group-un təcrübəsi və Kensington şirkətinin beynəlxalq baxışından ilham alan yanaşma əsasında formalaşdırılıb.
“PMD Group” MMC ölkəmizdə daşınmaz əmlakın inkişafı, investisiyası və idarə edilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. PMD Group layihələri yenilikçi yanaşmanı, müasir dizaynı və funksionallığı bir araya gətirir. Şirkət illər ərzində həyata keçirdiyi uğurlu yaşayış və kommersiya layihələri ilə bazarda güclü reputasiya formalaşdırıb.
Kensington isə beynəlxalq standartlara əsaslanan layihə idarəçiliyi, lüks seqment üzrə təcrübəsi və müasir “urban development” yanaşması ilə Botanica Residence-in dəyərini daha da artıran əsas tərəfdaşlardan biridir.
Botanica Residence təbiətə daha yaxın, daha balanslı və rahat həyat tərzi axtaranlar üçün nəzərdə tutulub. Layihədə memarlıq, yaşıllıq və gündəlik komfort bir-birini tamamlayaraq sakinlər üçün şəhərin içində fərqli yaşayış təcrübəsi formalaşdırır.
Daha ətraflı məlumat üçün layihənin rəsmi vebsaytını ziyarət edə bilərsiniz: https://botanicaresidence.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 5 saat əvvəl
-
8 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
9 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
10 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















