AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir.
Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.
Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır.
Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 5 saat əvvəl
-
8 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
9 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
10 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























