Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
İyunun 16-da Bakı Konqres Mərkəzində öz işinə başlayan İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub.
“Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində təşkil edilib.
Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KLCoE), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı, “Paşa Holding”in maliyyə dəstəyi ilə təşkil olunub.
Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir.
Forumda İİB Qrupuna üzv və digər ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, siyasətçilər, sənaye liderləri, maliyyə institutları, inkişaf təşkilatları, investorlar və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzinin (KLCoE) rəhbəri Samer Elesavi və KOBİA-nın İdarə Heyətinin və AZHAB Forumun sədri Orxan Məmmədov dayanıqlı və inklüziv iqtisadi inkişafda özəl sektorun, xüsusilə KOB-ların rolu, halal iqtisadiyyatın qlobal dəyər zəncirlərində artan payı və bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Forum panel müzakirələrlə öz işini davam etdirib. “Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşmə” mövzusundakı panel iclasda İslam Əməkdaşlıq Təşkilatının Statistika, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, Səudiyyə Ərəbistanının Halal Məhsulların İnkişafı Şirkətinin Baş investisiya direktoru Ameen Alsaadi, Malaziyanın Halal İnkişaf Korpoorasiyasının sədri Hadi Hamzah və İslam Ticarət və Maliyyə Korporasiyasının Baş əməliyyat direktoru Nazeem Noordali tərəfindən halal ekosistemin maliyyələşdirilməsi, tənzimləmə, sertifikatlaşdırma və bazara çıxış mexanizmləri üzrə institusional modellərin gücləndirilməsi, eləcə də qlobal halal bazarlarda etimadın və innovasiyanın artırılması istiqamətində fikirlər səsləndirilib.
“Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artım” mövzusunda panel iclasda “Pladis Group” şirkətinin icraçı direktoru Ali Masraie, “OneAgrix” şirkətinin baş icraçı direktoru Diana Sabrain, Malayziyanın Xarici Ticarətin İnkişafı Korporasiyasının (MATRADE) direktoru Raja Badulnizam və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sektor müdiri Amira El Fadil halal sənayesində rəqabət qabiliyyətinin gücləndirilməsi, rəqəmsallaşma, məhsul innovasiyası, keyfiyyət təminatı və sertifikatlaşdırma standartlarının inkişafı, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.
Forumun “Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf” mövzusunda paneli KOB-ların dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata inteqrasiyasına həsr olunub. “ACWA” şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun sədr müavini Murat Bapayev, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev və Nigeriya Halal İqtisadiyyatı Strategiyasının İcra Komitəsinin həmsədri İbrahim Hassan Hadejianın iştirakı ilə paneldə KOB-ların maliyyəyə çıxış imkanları, yaşıl maliyyələşmə, ESG və dayanıqlılıq tələbləri, eləcə də regional halal dəyər zəncirlərinə inteqrasiya məsələləri müzakirə edilib.
“Halal sənaye zonaları: Qabaqcıl halal ekosistemlərin inkişafı” panel iclasında Səudiyyə Ərəbistanı Sənaye Şəhərləri və Texnologiya Zonaları İdarəsinin (MODON) icraçı vitse-prezidenti Mamdooh Al-Drees, Nigeriyanın “Dar Al Halal Group”un baş icraçı direktoru Muhammadu Dikko Ladan, Malayziyanın “ENSTEK” Halal Parkının operatoru olan “Tabung Haji Properties” şirkətinin icraçı direktoru Mohd İsmadi İshak halal sənaye zonalarının inkişaf modelləri, beynəlxalq təcrübələr və praktiki yanaşmalar, həmçinin inteqrasiya olunmuş halal ekosistemlərin qurulması məsələləri barədə fikir və təcrübələrini bölüşüblər.
HELF/AZHAB Forum çərçivəsində “Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusunda Nazirlər Sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlaşdırma naziri Abubakar Atiku Bagudu, Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov, İİB-in ICIEC şirkətinin baş icraçı direktoru və ICD-nin əvəzedici baş icraçı direktoru Khalid Khalafallanın iştirakı ilə halal iqtisadi inteqrasiyanın inkişafı, siyasət prioritetləri, regional əməkdaşlıq imkanları və strateji tərəfdaşlıqların gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirin məqsədi İİB Qrupuna üzv ölkələr arasında koordinasiyalı siyasət yanaşmaları və institusional əməkdaşlığın gücləndirilməsi vasitəsilə halal iqtisadiyyat inteqrasiyasını, ticarət əlaqələrini və dayanıqlı inkişafı təşviq etməkdir.
Tədbir çərçivəsində həmçinin, HELF/AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
12 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 9 saat əvvəl
-
22 saat əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®




















