Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
Sabah Investment Group-un təsisçisi və rəhbəri Orxan Mustafayev Sea Breeze Magazine-ə verdiyi geniş müsahibədə şirkətin strategiyası, yeni layihələr və Azərbaycanın elit daşınmaz əmlak bazarındakı mövqeyi haqqında danışıb.
Yolun başlanğıcı
"Hər şey 2010-cu ildə Qala Group ilə başladı. Sonradan Sabah Investment Group-u yaratdıq. İlk premium layihəmiz Sabah Residence oldu və o bizə əsas dərsi öyrətdi: miqyaslaşmaq üçün sadəcə tikinti deyil, illər boyu işləyən etibar yaratmaq lazımdır", - deyə Mustafayev bildirib.
Marina Village: ilk beynəlxalq layihə
İlk beynəlxalq layihə İsrail tərəfdaşı ilə birlikdə həyata keçirilən Marina Village olub. Nəticə qısa zamanda özünü göstərdi: şirkətin şəhər layihələrində xarici alıcıların payı 15-17%-i keçmirdisə, Marina Village-da bu göstərici 37%-ə yüksəlib.
"Biz ölkənin imicinə fəal investisiya etdik: İsraildən və digər ölkələrdən nümayəndə heyətləri, bloggerlər, "influencer"lər gətirdik, geniş miqyaslı reklam kampaniyaları başlatdıq. Bu gün İsrail futbol klubu "Makkabi"nin formasında Sea Breeze loqosunu görmək mümkündür. Nəticədə bu strategiya real müqavilələrə çevrildi", - deyə o qeyd edib.
Panorama by ELIE SAAB
"Panorama by ELIE SAAB - Azərbaycanda otel və ya apart-otellə əlaqəli olmayan ilk brend rezidensiyadır", - Mustafayev bildirib.
Brendlə müqavilə 25 illik müddətə bağlanıb. ELIE SAAB nümayəndələri dizaynın hazırlanmasında iştirak edir və binanın idarə edilməsinə birbaşa cəlb olunacaqlar. Kompleksin əsas obyektlərindən biri Mustafayevin sözlərinə görə, dünyada eyni adlı bütün rezidensiyalar arasında ən böyük olacaq SPA-mərkəzidir. Sakinlər hamam, sauna, fitnes zalları, yoga zalı, qapalı hovuz və danışıqlar otaqlarından pulsuz istifadə edəcəklər.
"Şəxsən cənab Saabdan eşitdim ki, onun fikrincə Sea Breeze-dəki kompleks bu brendin bütün layihələri arasında ən gözəllərindən biridir", - o əlavə edib. Rusiya və BƏƏ-də ön satış artıq başlayıb və yüksək tələbatla davam edir.
BRABUS Island: regionda yeni inkişaf səviyyəsi
22 may tarixində Bakıda BRABUS Island Baku layihəsinin rəsmi təqdimatı keçirilib, bu tədbir bütün region üçün daşınmaz əmlak sahəsində yeni inkişaf səviyyəsini müəyyən etdi. Layihə Marina Village-ın qarşısındakı süni adada tikiləcək.
BRABUS Island Baku brendin əfsanəvi "One-Second-Wow" fəlsəfəsini ilk dəfə yaşayış formatında təqdim edir: Alman dizayn mirası ilə müasir memarlığın vəhdəti, Twin villalar və özəl marina standartlardan kənar həyat tərzi axtaranlar üçün xüsusi olaraq layihələndirilib.
"Daşınmaz əmlak layihələrimiz BRABUS fəlsəfəsini avtomobil sektorundan kənara çıxarmağa imkan verir. Bakıdakı yeni layihənin böyük maraq doğuracağına inanırıq", - BRABUS-un baş direktoru Konstantin Buşman bildirib.
Tədbir çərçivəsində təşkil olunan xüsusi satış zonalarında artıq ilk rezervasiyalar üçün addımlar atıldı. Memarlıq konsepsiyasını urbanistika və mülki tikinti sahəsində yarım əsrlik təcrübəyə malik İtaliya şirkəti Pooleng hazırlayır.
"İstəyirik ki, müştəri rezidensiyaya addım atdığı ilk andan – həm ətrafdakı qoxu, həm də ab-hava ilə əfsanəvi Alman konserninin yaratdığı xüsusi məkanda olduğunu hiss etsin", - Mustafayev izah edib.
"BRABUS komandası ilə danışıqlar təxminən doqquz ay çəkdi. Həmkarlarımız Sea Breeze-ə heyran qaldılar və bu, rəsmi müqavilənin imzalanması ilə nəticələndi", — o əlavə edib.
İnvestisiya arqumenti
"London ELIE SAAB-da kvadrat metr 60 000 funt-sterlinqə başa gəlir, Bakıda isə 4 000 dollara. BƏƏ-dəki BRABUS layihəsi 10 000 dollardan başlayır, Sea Breeze-də isə 4 000-dən. Eyni zamanda ad, idarəetmə keyfiyyəti və dünya standartları dəyişməz qalır", - Mustafayev izah edib.
Əvvəllər kvadrat metri 2000 dollara alınan obyektlər indi 50-75% daha baha satılır. Mustafayevin sözlərinə görə Avropanın ən böyüyü olacaq kazino isə əlavə artım amili olacaq.
Növbəti tərəfdaşlar və on illik perspektiv
"ELIE SAAB və BRABUS ilə əməkdaşlığın uğuru artıq zəncir reaksiyasına səbəb oldu. Bu gün Sabah Investment Group-a Aston Martin, Pagani və Lamborghini kimi əfsanələr maraq göstərir", - Mustafayev bəyan etdi.
Yeni layihələrdə yerli və xarici alıcılara satışların nisbəti artıq demək olar ki, "50-yə 50" təşkil edir.
"Yaxın on ildə Sea Breeze Xəzərdə yeni Dubaya çevriləcək. Növbəti üç-dörd il sürətlə keçəcək və ən iddialı planlarımız gerçəkləşəcək", - Mustafayev yekunlaşdırıb.
Material Sea Breeze Magazine-də dərc edilmiş müsahibə əsasında hazırlanmışdır. Orijinal mətnin bütün hüquqları Sea Breeze Magazine-ə məxsusdur. Mətn: Sona Nəsibova. Foto: Elbəy Sadıxlı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir



























