"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
(®) Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.
Layihələrdə həm kiçik, həm də geniş sahəli mənzillər, hazır, təhvilə yaxın və tikintisi davam edən variantlar təqdim olunur. Bu isə hər zövqə və büdcəyə uyğun seçim etməyə imkan yaradır.
Müştərilər üçün təqdim olunan satış şərtləri də olduqca əlverişlidir. Bütün layihələrdə 20 ilədək ipoteka krediti mövcuddur. Bununla yanaşı, layihələr üzrə 36 ayadək daxili kredit və “Evini hissə-hissə al” kampaniya imkanları təqdim edilir.
“Elmlər Akademiyası” ərazisində yerləşən “Merida Premium” layihəsində fəaliyyət göstərən mərkəzi satış ofisində şirkətin bütün layihələri bir məkanda təqdim olunur. Müştərilər müxtəlif ərazilərdə yerləşən yaşayış kompleksləri, mənzil planları, qiymətlər və satış şərtləri ilə rahat şəkildə tanış olaraq özləri üçün ən uyğun variantı müqayisəli formada seçə bilirlər. Bu isə seçim prosesini daha rahat, sürətli və əlçatan edir.

“Kristal” layihələri Bakı, Xırdalan və Sumqayıtın prestijli və tələb olunan lokasiyalarını əhatə edir. Nərimanov, Yasamal, Bayıl, “Həzi Aslanov” metro stansiyası yaxınlığı, Biləcəri və Sumqayıtda yerləşən layihələr fərqli həyat tərzi və büdcələrə uyğun geniş seçim imkanları yaradır.
Şəhərin mərkəzində premium və yaşıllıqlarla əhatələnmiş həyat arzulayanlar üçün 17,3 hektarlıq geniş yaşıllıq ərazisinə malik “City Garden Narimanov” layihəsi xüsusi seçilir. Dəniz mənzərəsi və bulvara yaxınlıq istəyənlər üçün “Kristal Towers”, rahat və funksional yaşayış konsepti axtaranlar üçün “Park Yasamal”, şəhər mərkəzində komfort və prestiji bir arada görmək istəyənlər üçün isə “Highland Residence” ideal seçimdir. Sumqayıtda dənizkənarı həyat arzulayanlar “Sahil Parkı”nı, metroya yaxın və əlverişli yerləşmə üstünlüyü axtaranlar “Biləcəri”,sərfəli şərtlərlə kompleks həyat arzulayanlar isə “Yeni Sumqayıt” layihələrini dəyərləndirə bilərlər.

“Kristal” layihələri yalnız yerləşmə və komfortla deyil, yüksək tikinti keyfiyyəti ilə də seçilir. Layihələrin fasadları müasir memarlıq üslubuna uyğun dizayn edilir, tikintidə isə dayanıqlı və keyfiyyətli materiallardan istifadə olunur. Mənzillərin tam təmirli şəkildə təhvil verilməsi sakinləri əlavə xərc və vaxt itkisindən qoruyur. Eyni zamanda, səs və istilik izolyasiyası ilə təmin olunmuş divar və döşəmələr yüksək komfort və enerji qənaəti təmin edir.
Bayram günlərində mənzil seçimi etmək, layihələrlə yaxından tanış olmaq və sərfəli şərtlərdən yararlanmaq üçün “Kristal”ın satış ofislərinə yaxınlaşa və ya *1544 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.
“Kristal” — gələcəyin üçün doğru seçim.
Satış mərkəzlərinin ünvanları:
City Garden Narimanov - Nərimanov rayonu, Xəzri küçəsi
Sahil Park - Sumqayıt Dənizkənarı Park (Göyərçin heykəlinin yanı)
Park Yasamal - Yasamal rayonu, Müstəqillik küçəsi
Highland Residence - Xətai rayonu, "Gənclik" parkının yanı
SkyHome və Park Əcəmi - Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32/24-cü məhəllə
Central Park - Nizami rayonu, Q.Qarayev pr-ti, 2536-cı məhəllə
Park Xırdalan - Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11
Biləcəri - Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsi 52C
Yeni Sumqayıt - Sumqayıt şəhəri, Sülh küçəsi
Kristal Towers - Səbail rayonu, Neftçi Q.Abbasov küçəsi 32
Gəncə satış ofisi-(Bütün layihələr) Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 358A
Müştərilərin xəbərləri
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
Yayın son fürsəti: Ziraat Bank Azərbaycanın 0% komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qaldı! ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
8 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
-
16 d. əvvəl
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
- 36 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
-
1 saat əvvəl
Qoyun-keçi təsərrüfatlarına hər heyvana görə 4 manat pul ödəniləcək
-
1 saat əvvəl
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
-
3 saat əvvəl
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
-
3 saat əvvəl
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
-
3 saat əvvəl
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
Azərbaycanda dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb
“AzRe”nin uzunmüddətli rəhbər şəxslərindən biri şirkətdən ayrılıb
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb
Aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artıb - 60 MİNİ KEÇİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















