"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank"ın xalis mənfəətinin 56%-ni səhmdarlarına ödəyəcəyi gözlənilir."PAŞA Bank xalis mənfəətinin 35-40 faizini səhmdarlarına dividend olaraq ödəyə biləcəyini elan etsə də, adətən xalis mənfəətinin 60%-nədək məbləği dvidend olaraq bölüşdürür".
Marja.az-ın məlumatına görə, bunu keçirilən mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib.
“PAŞA Bank” 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözləyirik (xalis mənfəətin 56% - red)",- Murad Süleymanov deyib.
Qeyd edək ki, Səhmlərin İlkin Kütləvi Təklifi (İPO) çərçivəsində davam edən abunə yazılışı üzrə bugünədək "PAŞA Bank"ın səhhmlərinə 13 min unikal investor sifariş yerləşdirib.
"PAŞA Bank" 2025-ci ildə 2024-cü ilin nəticələri üzrə 224 milyon 121 min manat xalis mənfəətindən 129 milyon manat məbləğində dvidend elan etmişdi.
YENİ SƏHMDARLAR DA 2025-Cİ İLİN XALİS MƏNFƏƏTİNDƏN DİVİDEND ALACAQLAR
Murad Süleymanov vurğulayıb ki, İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) nəticəsində "PAŞA Bank"ın yeni səhmdarı olacaq investorlar da tam 2025-ci ilin xalis mənfəətindən dvidend əldə edəcəklər.
Xəbər verdiyimiz kimi, "PAŞA Bank" “Paylaşdıqca böyüyürük. Birlikdə” şüarı altında elan etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun 2026-cı il tarixinədək uzadıb.
PAŞA Bank kapitalının 5%-ni təşkil edən cəmi 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank-ın mobil tətbiqi, həmçinin PAŞA Kapital, Birbank Invest, ABB Invest, Unicapital, Leobank və Yelo Bank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə prosesdə PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisi və digər lisenziyalaşdırılmış İnvestisiya Şirkətlərinə müraciət etməklə iştirak mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
16 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
16 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
16 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















