PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar.Xəbər verdiyimiz kimi, PAŞA Bank “Paylaşdıqca böyüyürük. Birlikdə” şüarı altında elan etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun 2026-cı il tarixinədək uzadıb. Bir sıra "mütəxəssislər" tərəfindən bu qərar "PAŞA Bankın 2025-ci ilin yekunları üzrə dividend ödəməkdən yayınması" kimi ictimaiyyətə izah olunur. Qeyd edilir ki, PAŞA Bank bu qərarı barədə ictimaiyyətə ətraflı məlumat açıqlamalıdır.
Məlumat üçün bildirək ki, PAŞA Bank "PAŞA Bank 12 may 2026-cı il tarixində yayımladığı İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı" başlıqlı press-relizində bu məsələyə də aydınlıq gətirib. Press-relizdə PAŞA Bank-ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, "artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır investorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar".
PAŞA Bank qeyd edib ki, qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin PAŞA Bank-ın səhmdarı olmaq imkanı əldə etməsi məqsədilə qəbul olunub. PAŞA Bank-ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
“PAŞA Bank olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına çevrilməsinə imkan yaratmaq olmuşdur. Bu IPO təkcə PAŞA Bank üçün deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya yanaşmasının formalaşdığını göstərir.
13 aprel tarixində start verdiyimiz abunə yazılışı müddəti ərzində hazırkı tarixə artıq təxminən 12000-ə yaxın müraciət qəbul etmişik və investor marağının hər gün daha da artdığını müşahidə edirik. Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5% gəlir (“overnight”) mexanizmi də davam etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun 2026-cı il tarixi IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa dəvət edirik,” – deyə, Süleymanov bildirib.
Qeyd edilib ki, Emissiya Prospektinə əsasən səhmlərin kütləvi təklifi üzrə abunə yazılışının müddəti maksimal 3 (üç) ay olmaqla müəyyən edilib. Abunə yazılışı müddəti ərzində investorlar və tərəfdaşlar tərəfindən abunə yazılışı müddətinin uzadılması ilə əlaqədar həm Banka, həm də anderrayterlərə müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər və eləcə də abunə yazılışının son dövrləri müşahidə olunan müsbət dinamika nəzərə alınaraq, Bank tərəfindən abunə yazılışı müddətinin emissiya prospektində nəzərdə tutulan müddət daxil olmaqla 12 iyun 2026-cı il tarixinə kimi uzadılması qərara alınıb.
PAŞA Bank kapitalının 5%-ni təşkil edən cəmi 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank-ın mobil tətbiqi, həmçinin PAŞA Kapital, Birbank Invest, ABB Invest, Unicapital, Leobank və Yelo Bank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə prosesdə PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisi və digər lisenziyalaşdırılmış İnvestisiya Şirkətlərinə müraciət etməklə iştirak mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
AccessBank-dan güclü yarımillik nəticə: Xalis mənfəəti 34%-dən çox artaraq 28,1 milyon manata yüksəlib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 2 gün sonra
-
-
17 d. əvvəl
UForex-dən treydinqə yeni başlayanlar üçün sərfəli ticarət fürsəti
- 30 d. əvvəl
-
51 d. əvvəl
"Yapı Kredi Bank Azərbaycan”ın gəlirlərində sıçrayış - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
56 d. əvvəl
“AzInTelecom” nümayəndələri İsmayıllıda həssas qrupdan olan uşaqlarla görüşdü - Video
-
1 saat əvvəl
TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
UForex-dən treydinqə yeni başlayanlar üçün sərfəli ticarət fürsəti
"Yapı Kredi Bank Azərbaycan”ın gəlirlərində sıçrayış - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Ən çox oxunanlar
Expressbank Xankəndi şəhərinə mediatur təşkil edib
Daşınmaz əmlak bazarının gələcəyi Bakıda müzakirə olunacaq — AIREX Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə sayılı günlər qaldı!
Trampdan Hörmüz boğazından daşınan yüklərə 20 faizlik rüsum təklifi - İrana qarşı blokadanı bərpa edir
Rəsmi məzənnələr açıqlandı
Sahibkar: "Uzunmüddətli kreditləşmə imkanları yarandıqdan sonra tikinti bumu regionlara da yayılacaq"
"Yaxın zamanda Özəkistanla birgə müəssisənin yaradılması üzrə sənədin imzalanması nəzərdə tutulur"



















