970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi

Aion i60, elektrikli sürüşün səssizliyini yanacaqlı avtomobilin rahatlığı ilə birləşdirən inqilabi REEV texnologiyası sayəsində hər 100 km-ə cəmi 5,5 litr yanacaq sərf edərək düz 1240 km məsafə qət edir; üstəlik, enerjiniz azaldıqda cəmi 15 dəqiqəlik sürətli şarjla batareya səviyyəsini 30%-dən 80%-ə yüksəldərək yolunuza həm qənaətli, həm də fasiləsiz davam etməyinizə imkan yaradır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Auto Azərbaycan” şirkətinə məxsus “GAC Azərbaycan” tərəfindən Çinin GAC Group şirkətinə məxsus AION brendinin AION i60 Advanced Version modelinin Azərbaycan bazarında rəsmi təqdimatı keçirilib.

Marja xəbər verir ki, verilən məlumatlara əsasən, avtomobilin standart satış qiyməti 39 900 manat təşkil edir. Nağd alış zamanı isə 2 000 manat endirim tətbiq olunur və model 37 900 manata təklif edilir.

Yeni model hibrid texnologiya ilə təchiz edilib

AION i60 Advanced Version REEV texnologiyası əsasında hazırlanıb. Avtomobildə 50 litrlik yancaq çəni, 29,2 kVt/saat tutumlu GAC Magazine Battery batareyası və soyutma mayesi ilə işləyən batareya sistemi mövcuddur.

Modelin ümumi yürüş məsafəsi 1240 kilometr, elektriklə yürüş məsafəsi isə CLTC standartına görə 210 kilometr göstərilir. Avtomobilin yanacaq sərfiyyatı batareya enerjisi ilə 100 kilometrə 2,55 litr, batareya tükəndikdə isə 100 kilometrə 5,5 litr təşkil edir.

AION i60-ın mühərrikinin ümumi maksimal gücü 245 at gücü, maksimal fırlanma anı isə 280 N·m səviyyəsindədir. Avtomobil ön ötürücülüdür və elektrik gücləndiricili sükan sistemi ilə təchiz olunub.

Ölçülər və texniki göstəricilər

Modelin uzunluğu 4 685 mm, eni 1854 mm, hündürlüyü isə 1660 mm-dir. Təkərlərarası məsafə 2775 mm təşkil edir. Avtomobilin sürətli enerji dolum müddəti, 30%-dən 80%-ə qədər 15 dəqiqə olaraq göstərilir.

Avtomobildə 225/45 R19 ölçülü yüngül lehimli disklərdən istifadə olunur. Asqı sistemi ön hissədə McPherson, arxa hissədə isə çox qollu müstəqil asqı kimi təqdim edilib.

Təhlükəsizlik və sürücü dəstək sistemləri

AION i60 Advanced Version təhlükəsizlik baxımından geniş avadanlıq siyahısı ilə təchiz edilib. Modeldə ABS, TCS, ESP/VDC, ön və arxa yan təhlükəsizlik yastıqları, təhlükəsizlik kəməri və ISOFIX uşaq oturacağı sistemi mövcuddur.

Bundan başqa, avtomobil bir sıra müasir sürücü dəstək sistemləri ilə təklif olunur:

Reklam_3_11

• Adaptiv kruiz-kontrol,
• Zolaqda saxlama köməkçisi,
• Zolaqdan çıxma xəbərdarlığı,
• Qəzadan yayınma sistemi,
• Öncədən qəza xəbərdarlığı,
• Avtomatik təcili əyləcləmə,
• Yol nişanlarını tanıma sistemi,
• Yoxuşda start yardımı və enişdə hərəkətə yardım sistemi avtomobilin əsas təhlükəsizlik paketinə daxildir.

Komfort və multimedia imkanları

AION i60 Advanced Version komfort və texnologiya baxımından da zəngin təchizatla təqdim olunur. Avtomobildə ADiGO Human-Machine intellektual sistemi, 12 GB əməliyyat sistemi, 128 GB sistem yaddaşı, audio-video və naviqasiya sistemi, həmçinin Bluetooth funksiyası mövcuddur.

Salon hissəsində 14,6 düymlük sensor LCD ekran, 8,8 düymlük LCD alətlər paneli, 11 səsgücləndirici, 500 Vt naqilsiz şarj paneli, USB/Type-C portlar və 12V enerji təchizatı yer alır.

Modeldə həmçinin multifunksional sükan, qızdırıcılı sükan, dəri imitasiyalı oturacaqlar, ön oturacaqların elektrik tənzimlənməsi, yaddaş funksiyası, oturacaqların qızdırılması, havalandırılması və masaj funksiyası mövcuddur. Avtomobil avtomatik iki zonalı kondisioner və ikinci sıra havalandırma sistemi ilə də təchiz edilib.

Xarici görünüş və əlavə funksiyalar

AION i60 Advanced Version LED fənərlər, adaptiv LED fənərlər, panoramik lyuk, elektrik şüşəqaldıranlar, elektrik ötürücülü yük bölməsi qapısı, yağış sensoru və elektron tənzimlənən yan güzgülərlə təchiz olunub.

Avtomobildə arxa parklama sensorları, 540 dərəcə görüntü sistemi və digər rahatlıq funksiyaları da mövcuddur.

Təqdim olunan göstəricilər AION i60 Advanced Version modelinin Azərbaycan bazarında həm uzun yürüş məsafəsi, həm hibrid texnologiyası, həm də zəngin komfort və təhlükəsizlik avadanlıqları ilə diqqət çəkəcəyini göstərir. 37 900 manatlıq nağd satış qiyməti modeli bu seqmentdə rəqabətli təkliflərdən birinə çevirir.

Avtomobil haqqında daha ətraflı məlumat üçün +994 (50) 400 09 89 əlaqə yarada və ya  Babək prospekti, 61c ünvanındakı GAC Azərbaycan avtosalonuna yaxınlaşa bilərsiniz.

İş elanları AzVak.az-da

Aion Çinin GAC Group şirkətinin elektrik avtomobil brendidir. GAC Aion rəsmi olaraq GAC Group-un yeni enerji avtomobilləri bölməsi / törəmə şirkəti kimi fəaliyyət göstərir. Bu o deməkdir ki, GAC kiçik və yeni yaranmış startap deyil. O, dövlət dəstəyi, böyük istehsal bazası, Toyota və Honda ilə təcrübəsi olan iri sənaye qrupudur.

GAC-ın ən vacib üstünlüklərindən biri odur ki, şirkət uzun illərdir dünya avtomobil nəhəngləri ilə (Toyota v'Honda ) birgə işləyir. Bu əməkdaşlıqlar GAC-a istehsal keyfiyyəti, tədarük zənciri, zavod idarəçiliyi və avtomobil texnologiyaları sahəsində böyük təcrübə qazandırıb.

GAC Aion şirkətin gələcək strategiyasında çox önəmli yerdədir. Çünki Çin avtomobil bazarı sürətlə elektrikləşir və GAC bu sahədə Aion brendi ilə rəqabət aparır. GAC artıq yalnız Çin daxilində deyil, xarici bazarlarda da genişlənməyə çalışır. GAC-ın Aion markasını beynəlxalq elektrik avtomobil brendi kimi tanıtmaq istəyir. 

GAC Aion i60 aldığınız zaman əslində bu avtomobil kiçik naməlum şirkətin məhsulu deyil. Onun arxasında:

- Çin dövlət kapitalı ilə bağlı böyük avtomobil qrupu;

- Toyota və Honda ilə uzunmüddətli birgə istehsal təcrübəsi;

- elektrik avtomobillər üçün ayrıca Aion brendi;

- böyük zavod və texnologiya bazası;

- beynəlxalq bazarlara çıxmaq strategiyası dayanır.

Yəni GAC Aion i60-un arxasında dayanan şirkət ciddi, iri və dövlət dəstəyi olan avtomobil qrupudur. 

Aion-un satışı 2026-cı ildə isə xüsusilə Aion i60 hesabına yenidən canlanmağa başlayıb.  Aion i60 hazırda Aion üçün ən vacib modellərdən biridir. Model 2025-ci ilin noyabrında satışa çıxıb və ilk tam satış ayında — 2025-ci ilin dekabrında — 10 804 ədəd satılıb. Bunun 2 642 ədədi range-extended, yəni benzin generatorlu elektrik versiya olub.  

2026-cı ilin martına olan məlumata görə, Aion i60-ın ümumi satışları 28 min ədədi keçib. Başqa mənbələrdə də i60-ın bir neçə ay ardıcıl 10 min ədədin üzərində satıldığı və Aion-un artımında əsas modelə çevrildiyi qeyd olunur.  Bu, çox önəmli siqnaldır: i60 sadəcə yeni model deyil, Aion-un satışlarını bərpa edən əsas avtomobillərdən biridir. 10 min ədədlik aylıq satış həddi Çin bazarında yeni model üçün yaxşı nəticədir.

Aion artıq yalnız Çin daxilində deyil, xaricdə də aktiv böyüməyə çalışır. GAC-ın rəsmi məlumatına görə, 2026-cı ilin fevralında GAC-ın xarici bazarlarda aylıq satışı 11 125 ədədi keçib, bu da illik müqayisədə 114% artım deməkdir. Yanvar–fevral 2026 üzrə xarici satışlar 25 126 ədəd olub və 86% artıb.  

Bir daha qeyd edək ki, Aion i60 almaq baxımından tam naməlum və riskli startap məhsulu deyil. Arxasında böyük satış həcmi olan GAC Aion dayanır. GAC brendi və onun AİON brendlərininAzərbaycanda rəsmi distributoru tanınmış və böyük təcrübəyə sahib "Auto Azərbaycan" şirkətidir. GAC brendinin modellərinə 3 il / 100 000 km və ya 5 il / 150 000 km zəmanət verilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AION i60 AION i60 Advanced Version AION i60 qiyməti GAC Azərbaycan AION i60 Azərbaycan AION i60 təqdimat AION i60 hibrid avtomobil GAC AION i60 AION i60 texniki xüsusiyyətləri AION i60 yürüş məsafəsi AION i60 elektrik yürüş AION i60 REEV texnologiyası GAC Group AION AION i60 yanacaq sərfiyyatı AION i60 1240 km yürüş AION i60 batareya AION i60 Magazine Battery AION i60 mühərrik gücü AION i60 təhlükəsizlik sistemləri AION i60 komfort funksiyaları AION i60 multimedia AION i60 Azərbaycan bazarı GAC avtomobilləri Azərbaycan AION i60 satış qiyməti AION i60 37900 manat AION i60 Babək prospekti GAC Azərbaycan avtosalonu AION i60 yeni model AION hibrid avtomobil AION i60 xüsusiyyətləri
16.05.2026 18:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19