970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib

AzVak-mobil_resmin_ustu_31
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12 may 2025-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin ("Sizin Lombard" brendi) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Qeyd olunan AZ2041020283 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 15.05.2026-cı il tarixində yekunlaşıb.

Marja xəbər verir ki, 3 milyon manatlıq istiqrazlara 53 investor 53 sifariş təqdim edib və həcm 100% yerləşdirilib. İstiqrazıar üzrə kupon faizi 15%-dor.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2041020283

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 30 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 3 000 000 manat

Kupon faizi: 15%

Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti: 7 il

Hərrac qiyməti*: 100 manat

Reallaşdırılmış həcm: 3 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3 000 000 manat

İnvestor sayı: 53

Sifariş sayı: 53

Anderrayter:  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

15.05.2026 15:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19