"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"
"Goldman Sachs" Hürmüz Boğazındakı tədarük məhdudiyyətləri səbəbilə qlobal neft ehtiyatlarının sürətlə azaldığını və bu vəziyyətin bazarlar üçün risk yaratdığını açıqlayıb. Goldman Sachs-ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatının 101 gününü qarşılaya biləcək səviyyədədir.Qlobal neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyələrinə yaxınlaşarkən, qlobal investisiya bankı "Goldman Sachs"diqqətçəkən bir xəbərdarlıq edib.
Marja xəbər verir ki, bank xüsusilə Hörmüz boğazı vasitəsilə neft axınının məhdud qalmasının ehtiyatlardakı sürətli azalmanı daha da kritik vəziyyətə gətirdiyini bildirib.
Neft qiymətləri isə həftənin ilk ticarət günündə təxminən 6% artıb. İranın Hömüz Boğazında bəzi gəmiləri hədəfə alması və Birləşmiş Ərəb Əmirliklərində bir neft limanını yandırması bölgədə gərginliyi artırıb.
Donald Trampın dəniz daşımalarını təhlükəsizləşdirmək məqsədilə ABŞ Donanmasını işə salmaq təşəbbüsü, dörd həftə əvvəl elan edilən atəşkəsdən bəri ən böyük gərginliyə səbəb olub.
"Goldman Sachs"ın məlumatlarına görə, qlobal neft ehtiyatları hazırda dünya tələbatının 101 gününü qarşılaya biləcək səviyyədədir. Lakin bu rəqəmin may ayının sonuna qədər 98 günə qədər enə biləcəyi proqnozlaşdırılır.
Bank ümumi ehtiyatların qısa müddətdə minimum əməliyyat səviyyələrinə düşməsinin gözlənilmədiyini bildirsə də, ehtiyatlardakı sürətli azalma və bəzi bölgələrdə baş verən tədarük itkilərinin narahatlıq doğurduğunu vurğulayıb.
Digər tərəfdən, qlobal kommersiya emal olunmuş məhsul ehtiyatlarının da nəzərəçarpacaq dərəcədə azaldığı görünür. ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəl 50 günlük tələbat səviyyəsində olan ehtiyatlar hazırda 45 günə qədər geriləyib.
Hazırda Brent nefti fyuçersləri 113 dollar səviyyələrindədir.
ABŞ ilə İran arasında kövrək atəşkəs, İran tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin dronlar və raketlər ilə vurulmasından sonra pozula bilər. Eyni zamanda Vaşinqton strateji əhəmiyyətə malik Hörmüz Boğazında İran gəmilərini batırdığını bildirib.
Bazar ertəsi "Fox News" kanalına danışan ABŞ Prezidenti Donald Trump xəbərdarlıq edib ki, əgər İran boğazdan keçən kommersiya daşımalarını qoruyan ABŞ gəmilərini hədəf alarsa, İran “yer üzündən silinəcək”.
İranın xarici işlər naziri Abbas Əraqçı isə sosial mediada paylaşımında bildirib ki, Hörmüz boğazında baş verən son hadisələr “siyasi böhranın hərbi həllinin olmadığını açıq şəkildə göstərir”.
O əlavə edib: “Pakistanın xoşməramlı səyləri ilə danışıqlar irəlilədiyi bir vaxtda, ABŞ, bədxah qüvvələrin onu yenidən bataqlığa sürükləməsinə qarşı diqqətli olmalıdır. Birləşmiş Ərəb Əmirlikləri də belə etməlidir.”
Niderland bankı ING-in strateqləri bildiriblər ki, Fars körfəzində baş verən son hücum dalğası ABŞ–İran atəşkəsinin pozulmasının ilk əlamətlərini göstərir.
ING-in analitikləri Warren Patterson və Ewa Manthey araşdırma qeydlərində yazıblar: “Prezident Trampın gecə saatlarında səsləndirdiyi və münaqişənin daha iki-üç həftə davam edə biləcəyi barədə açıqlamaları bazarlara bu gün müəyyən rahatlıq gətirə bilər.”
Onlar əlavə ediblər: “Lakin münaqişə başlayandan bəri gərginliyin artması və hərbi əməliyyatların bitməsi üçün proqnozlaşdırılan vaxt qrafikinin dəfələrlə uzadılması nəzərə alındıqda, bazarlar bu fikirlərə böyük şübhə ilə yanaşa bilər.”
"Goldman Sachs" bazar ertəsi yayımladığı qeyddə bildirib ki, qlobal neft ehtiyatları hələ kritik dərəcədə aşağı səviyyədə deyil, lakin ehtiyatların azalmasının sürəti və regionlar üzrə qeyri-bərabər paylanması lokal çatışmazlıqlarla bağlı narahatlıqları artırır.
Chevron şirkətinin baş icraçı direktoru Mike Wirth bazar ertəsi xəbərdarlıq edib ki, boğaz bağlı qaldığı müddətdə dünyanın bəzi regionlarında yanacaq çatışmazlığı artan narahatlıq doğurur.
Goldman Sachs-ın hesablamalarına görə, quruda və dənizdə saxlanılan xam və emal olunmuş məhsullar daxil olmaqla ümumi qlobal neft ehtiyatları hazırda təxminən 101 günlük tələbatı qarşılaya bilir və may ayının sonuna qədər 98 günə qədər azala bilər. Bu göstərici fövqəladə həddən yuxarı qalsa da, bəzi regionlarda və məhsullarda daha kəskin çatışmazlıqlar mövcuddur.
Müştərilərin xəbərləri
Şaanşi əyalətinin nəqliyyat və logistika sahəsi üzrə nümayəndə heyəti Abşeron Logistika Mərkəzini ziyarət edib
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
34 d. əvvəl
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları
-
- 38 d. əvvəl
- 43 d. əvvəl
-
49 d. əvvəl
ASCO: Xəzər dənizinin dayazlaşması gəmiçilik üçün yeni həll yollarını gündəmə gətirir
-
1 saat əvvəl
Qeyri-bank kredit təşkilatı mobil tətbiq hazırlayır - Kreditverməni sürətləndirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran ABŞ-ni “iqtisadi müharibə” ilə hədələdi, hərbi gəmilərə raket atdı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: İranla müharibədə qalib gəldikdən sonra neftin qiyməti daha da ucuzlaşacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları
ASCO: Xəzər dənizinin dayazlaşması gəmiçilik üçün yeni həll yollarını gündəmə gətirir
Rəsmi məzənnələr açıqlandı
Tramp 10 saat dayanmadan görüntülər paylaşıb — İran, Ay, Hörmüz və yüz milyardlarla dollar
SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb
Jaguar Land Rover-də böyük ixtisar – 4 min nəfər işini itirəcək
Yaponiyanın valyuta ehtiyatları Yenə müdaxilədən sonra rekord məbləğdə - 80 milyard dollar azalıb
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
Fermerlərə buzov subsidiyası ödəniləcək – Yeni məbləğlər
BYD rəqabəti Jaguar Land Rover-i 4 min nəfərlik ixtisara məcbur etdi
















