970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Əgər blokada daha 2 ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər”

Tramp bildirirb ki, onun blokadası bu həftə İranın neft sənayesinin "partlamasına"səbəb olacaq. Bəs bu niyə bu baş verməyəcək? Ağ Ev: Blokada səbəbindən Tehran gündə təxminən 500 milyon dollar itirir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əgər blokada daha 2 ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, İran nüvə sazişinə razılaşana qədər ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokada qüvvədə qalacaq. Tehran isə öz növbəsində ABŞ Hərbi Dəniz Qüvvələri geri çəkilməyənə qədər Hörmüz boğazını yenidən açmaqdan imtina edir.

Marja.az xəbər verir ki, hansı tərəfin ilk geri addım atacağı isə hələlik aydın deyil.

Reklam_3_11

Tramp bildirib ki, blokada səbəbindən ixrac edilə bilməyən xam neft yığıldığı üçün İranın neft infrastrukturu bir neçə gün ərzində "partlama" həddinə çatacaq.

“Bir şey baş verir və sadəcə partlayır,” – Tramp "Fox News" kanalına müsahibəsində deyib. “Deyirlər ki, bunun baş verməsinə cəmi 3 gün qalıb. Partlayanda isə onu əvvəlki kimi yenidən qurmaq mümkün olmayacaq.”

Lakin ekspertlər bildirirlər ki, İranın ixrac edə bilmədiyi nefti saxlamaq üçün çənlərində hələ həftələrlə kifayət qədər yer var. Bu isə Tehrana neft yataqlarını daimi zədələnmədən qoruyaraq istehsalı tədricən azaltmaq üçün vaxt qazandırır.

Hörmüz boğazı bağlı qaldığı hər gün qlobal iqtisadi zərərin artması fonunda neft təchizatı şoku daha da dərinləşir və bu da ABŞ üzərində təzyiq yaradır.

“Əsas sual budur ki, kimin daha uzun dözümlülük imkanları var — Trampın, yoxsa İranın,” – "Rapidan Energy" şirkətinin geosiyasi risk xidmətinin rəhbəri Fernando Ferreira bildirib.

İran tankerləri bloklanıb

Gəmilərin hərəkətini izləyən "Kpler" şirkətinin məlumatına görə, ABŞ blokada zonasından hər hansı İran tankerinin təsdiqlənmiş keçidi qeydə alınmayıb.

"Kpler"in məlumatına görə, İranla əlaqəli gəmilər boğazdan keçsə də, Oman körfəzindən Ərəb dənizinə qədər uzanan blokadanı aşa bilməyiblər.

İş elanları AzVak.az-da

Ağ Evin bir rəsmisi CNBC kanalına bildirib ki, blokada səbəbindən Tehran gündə təxminən 500 milyon dollar itirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran tankerlərini izləməsi nəticəsində İran limanlarında neft və kondensat yüklənməsi blokadadan əvvəl gündə 2,1 milyon bareldən 567 min barelə qədər azalıb.

Neft ixrac edilə bilmədiyi üçün İran saxlama çənlərini doldurmağa məcbur olacaq. Nəhayət, çənlər dolmağa yaxınlaşdıqca Tehran neft hasilatını azaltmalı olacaq.

Saxlama tutumu

"Rapidan Energy"nin məlumatına görə, Tehran məhz bu mərhələdə ciddi təzyiq hiss etməyə başlayacaq, lakin bunun baş verməsi xeyli vaxt ala bilər.

“Onlar blokadaya hazırlaşmışdılar,” – Ferreira bildirib. “Bunu əvvəlcədən düşünmüşdülər. Venesuelada baş verənləri gördülər.”

Analitik qeyd edib ki, İran aylarla müqavimət göstərməyə hazırdır.

Enerji və geosiyasi risklər üzrə analitika şirkəti "Rapidan Energy"nin analitiki (eksperti) Fernando Ferreiranın  hesablamalarına görə, İranın saxlama çənləri dolmazdan və hasilatın azaldılması qaçılmaz olmazdan əvvəl ən azı 26 gün vaxtı var. Bu hesablamaya 26 milyon barel quru saxlama tutumu və bölgədə sanksiyaya məruz qalmış 18 boş tankerdə yerləşən 21 milyon barel üzən saxlama həcmi daxildir.

Lakin analitik bunun konservativ (mühafizəkar) qiymətləndirmə olduğunu bildirib. İranın maksimum saxlama imkanları əlavə 39 milyon barel yer olduğunu göstərir ki, bu da 26 günə əlavə olaraq daha 22 gün vaxt qazandıra bilər.

Bundan başqa, İranla əlaqəli 31 gəminin may ayının sonuna qədər yenidən Yaxın Şərqə qayıdacağı gözlənilir ki, bu da əlavə 50 milyon barel saxlama imkanı yarada bilər. Bu isə İranın 76 günə qədər — yəni iki aydan çox — davam gətirməsinə imkan verə bilər.

Bu hesablamalar İranın saxlama çənlərini gündə 1,8 milyon barel sürətlə doldurduğu fərziyyəsinə əsaslanır. Lakin reallıqda Tehran hasilatı azaltmağa başlaya bilər ki, bu da saxlama imkanlarını daha da uzadar.

Analitik həmçinin qeyd edib ki, bu hesablamalar İran neftinin blokadanı heç bir şəkildə yan keçə bilməyəcəyi fərziyyəsinə əsaslanır.

“Blokada çox effektiv ola bilər,” – Ferreira bildirib. “Məsələ İranı ciddi iqtisadi "ağrı" ilə üz-üzə qoymaq üçün nə qədər vaxt lazım olacağıdır.”

Onun sözlərinə görə, Tehrana bu səviyyədə təzyiq göstərmək həftələr və ya aylar çəkə bilər. “Bu zaman intervalı Trampın nəticə gözlədiyi müddətdən daha uzun ola bilər.”

İş elanları AzVak.az-da

Ağ Ev rəsmisi isə bildirib ki, blokada “İran üzərində inanılmaz iqtisadi təzyiq yaradıb” və ABŞ üçün qəbul edilən razılaşma əldə olunana qədər qüvvədə qalacaq.

“Boğaz beynəlxalq sulardır və biz İranın bu boğazdan keçid üçün rüsum tətbiq etməsinə imkan verməyəcəyik,” – rəsmi bildirib.

Hasilatın dayandırılması

"Columbia University" nəzdində fəaliyyət göstərən "Center on Global Energy Policy"nin eksperti Antoine Halff bildirib ki, neft yataqları qəfil, nizamsız və nəzarətsiz şəkildə bağlanarsa, daimi zədələnə bilər.

Lakin Halff qeyd edib ki, İranın saxlama imkanları neft yataqlarını planlı şəkildə dayandırmaq üçün kifayət qədər vaxt qazandırır. Onun sözlərinə görə, Trampın həftəsonu açıqlamalarına baxmayaraq, İranın neft infrastrukturlarının "partlaması" üçün real səbəb yoxdur.

“Əgər bunu tam planlı və nizamlı şəkildə etsəniz, yatağa dəyən ziyanı minimuma endirərsiniz. Hətta yatağa ümumiyyətlə zərər dəyməyə bilər,” – əvvəllər U.S. Energy Information Administration-da iqtisadçı kimi çalışmış Halff bildirib.

“Qısa müddətdə bu, əlbəttə ki, çətinlik yaradır, çünki onların nağd vəsaiti tükənir. Lakin yataqların istismarı baxımından bu böyük problem deyil,” – o əlavə edib.

"Kpler" şirkətində xam neft üzrə analiz şöbəsinin rəhbəri Homayoun Falakşahinin sözlərinə görə, İran daxili istehlak üçün lazım olan minimum səviyyəyə qədər hasilatı azalda bilər və bu halda saxlama sahəsinin çatışmazlığı məsələsi aktuallığını itirər.

Falakşahi bildirib ki, əsas sual İranın nə vaxt gəlirlərdən məhrum olacağıdır.

Analitikin hesablamalarına görə, ABŞ blokadası zonasının şərqində tankerlərə yüklənmiş təxminən 120 milyon barel İran nefti var və bu neft müştərilərə, o cümlədən Çinə çatdırıla bilər. Onun sözlərinə görə, bu həcm Tehran üçün təxminən iki aylıq gəlirə bərabərdir, baxmayaraq ki, İran bu nefti satmaq və ödənişləri əldə etməkdə çətinliklərlə üzləşə bilər.

“Əgər blokada daha iki ay davam edərsə, İranın neft gəlirləri sıfıra düşə bilər,” – Falakşahi bildirib.

“Administrasiyanın hesabı budur ki, bu vəziyyət iranlıları daha çox güzəştə getməyə hazır şəkildə yenidən danışıqlar masasına qaytaracaq,” – o əlavə edib.

Neft yataqları (oil fields) bəzi hallarda bağlananda və ya hasilat kəskin dayandırılanda zədələnə bilər, amma bu həmişə baş vermir — vəziyyət necə dayandırılmasından asılıdır.

Nə vaxt zədələnə bilir?

Əsas risklər bunlardır: Nəzarətsiz və qəfil bağlanma - Quyular birdən dayandırılarsa, təzyiq sistemi pozula bilər. Bu, neftin axın kanallarında çöküntü və tıxanma yarada bilər.

Rezervuar təzyiqinin idarə olunmaması - Neft yatağında təzyiq düzgün idarə olunmasa, sonradan hasilatı bərpa etmək çətinləşə bilər.

Texniki avadanlığın korlanması -Uzun müddət işləməyən nasoslar və boru sistemləri paslanma və sıradan çıxma riski daşıyır.

Nə vaxt zədələnmə olmur?

Mütəxəssislərin də qeyd etdiyi kimi: Əgər hasilat planlı və mərhələli şəkildə dayandırılırsa -Təzyiq və axın sistemləri düzgün “söndürülürsə” onda yatağa ciddi ziyan dəyməyə də bilər və sonradan yenidən işə salınması mümkündür. Yəni neft yataqları “sadəcə söndürülüb yandırılan” sistem deyil — necə idarə olunması çox vacibdir.

İş elanları AzVak.az-da

ABŞİran Trampİran İranblokada Hörmüzboğazı Neftkrizi qlobalneftbazarı İranneftixracı nefttəchizatı neftşoku geosiyasitension İranABŞmünasibətləri neftqiymətləri2026 RapidanEnergy Kpler geosiyasirisklər İrantankerləri neftblokadası OrtaŞərqkrizi enerjibazarları nefthasilatı İranneftgəlirləri Trampekspertizası neftlogistikası enerjiböhranı qlobaliqtisadiyyat boğazHörmüz neftinfrastrukturu ABŞsanksiyaları neftanalizi İraniqtisadiyyatı
01.05.2026 09:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19