Azərbaycanda tütün əkinlərinin sığortası başlandı - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycanda tütün əkini sahələri üzrə aqrar sığorta müqavilələrinin imzalanması dövrü başlayıb.Aqrar Sığorta Fondunun məlumatına görə, ölkəmizdə dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi tütün sahələrini çoxsaylı risklərdən qoruyur. Hazırda ölkədə tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər. Aqrar sığorta mexanizmi bu fermerlərin gəlirlərini qorumağa imkan verir.
Azərbaycanda 3,2 min hektar ərazidə tütün becərilir, bunun 2,6 min hektarı ailə, fermer və kəndli təsərrüfatlarının payına düşür. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul toplanır. Toplanan məhsul Azərbaycanda tütün məmulatlarının istehsalı üçün xammal kimi istifadə edilir və dolayısı ilə ölkədən ixraca dəstək verir.
Tütün əkinləri Azərbaycanda Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Naxçıvan və Lənkəran-Astara regionları ərazisnidə ümumilikdə 9 rayonda becərilir. Tütün əkinlərinin böyük hissəsi Şəki-Zaqatala regionunun payına düşür. Belə ki, Şəki rayonunda 1805 hektar, Qaxda 474 hektar, Zaqatalada 403 hektar, Oğuz rayonunda 177 hektar, Balakəndə 43 hektar, Qəbələ rayonunda isə 10 hektar ərazidə tütün əkinləri var.
Digər bölgələrdən, Goranboyda 180 hektar, Naxçvan Muxtar Respublikasının Kəngərli rayonunda 20 hektar, Masallı rayonunda isə 15 hektar tütün sahəsi var. Hər hektardan orta məhsuldarlıq 27 tona bərabərdir. Ən yüksək məhsuldarlıq Balakən (35 ton/hektar) və Şəki (30 ton/hektar) rayonlarındadır.
Ölkəmizdə yüzlərlə fermer və təsərrüfat tütün təsərrüfatı ilə məşğuldur. Onların və ailələrinin gəlirləri, eləcə də rifah səviyyəsi tütün sahələrindən toplanan məhsul və onun satışından birbaşa asılıdır.
Qeyd edək ki, təbiət hadisələrinə qarşı həssas olan tütün bitkisi müxtəlif səbəblərdən zərər görə bilər. Tütün sahələrinə ən çox dolu, sel-subasma, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr zərər vurur. Bundan başqa, tütün məhsulu doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, belə ki, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Belə hallar nəticəsində fermerlər gəlirlərini itirə, hətta ağır borc yükü ilə üzləşə bilərlər.
Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir.
Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Qeyd edək ki, 1 hektar sahədən orta hesabla 20 ton tütünün yığıldığını və məhsulun kiloqramının qiymətinin 0,3 manat olduğunu nəzərə alanda 1 hektar tütün sahəsindən toplanan məhsulun qiyməti 6 min manat təşkil edir. Şəki-Zaqatala bölgəsində bu həcmdə məhsulun çoxsaylı risklərdən sığortalanması fermerə cəmi 250-260 manata başa gələcək.
Qeyd edək ki, Aqrar Sığorta tütün sahələri üzrə fermer və təsərrüfatlara indiyədək 186 min maat ödənişlər həyata keçirib. Bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında, tütün sahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib, sığorta ödənişləri bu il də davam etməkdədir.
Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonunadək davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.
Aqrar Sığorta Fondu tütün becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), həmçinin 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
22 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
6 d. əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR-ın Gürcüstandakı terminalı ötürmə gücünü iki dəfə artırıb
-
2 saat əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 94 milyon avro kredit ayırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb
Ən çox oxunanlar
Trumpdan G20 Zirvəsinə Putini dəvət planı
Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR





.jpg)
.jpg)





.jpg)








