"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub
2025-ci il ərzində "BirKart" BOKT "Competo" şirkətinə əlavə olaraq 10 milyon 500 min manat investisiya yatırıb və nəticədə törəmə şirkətə ümumi investisiyanın dəyəri 96 milyon 496 min manat təşkil edib (31 dekabr 2024: 85 milyon 996 min manat).
Marja.az-ın məlumatına görə, bundan əlavə, 2025-ci il ərzində "PashaPay" MMC (m10 brendi) "Competo" MMC-nin (Birmarket brendi) nizamnamə kapitalına 45 milyon 845 min manat məbləğində töhfə verib.
31 dekabr 2025-ci il tarixinə "Competo" MMC-nin nizamnamə kapitalı 178 milyon 384 min manat təşkil edib (31 dekabr 2024: 122 milyon 38 min manat). Həmin tarixə "BirKart" BOKT və "PashaPay" MMC müvafiq olaraq 54,09% (31 dekabr 2024: 70,47%) və 25,70% (31 dekabr 2024: 0%) paya sahib olublar.
Nəticədə, "Kapital Bank" ASC-nin "BirKart" BOKT və "PashaPay" MMC vasitəsilə "Competo" MMC-də ümumi payı 31 dekabr 2025-ci il tarixinə 79,79% təşkil edib. Pay strukturundakı dəyişikliklər hesabat dövründə həyata keçirilən kapital artımını əks etdirir.
"BirKart BOKT" MMC
31 dekabr 2025 və 2024-cü il tarixlərinə "Kapital Bank" ASC “BirKart” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (“törəmə müəssisə” və ya “BirKart BOKT”) 100%-nə sahib olub. Şirkət 3 may 2018-ci ildə Bank tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir. 31 dekabr 2025-ci il tarixinə törəmə müəssisənin nizamnamə kapitalı 99 milyon 836 min manat təşkil etmişdir (2024: 88 milyon 336 min manat).
Törəmə müəssisə kredit fəaliyyətinə 2025-ci ildə başlamışdır.
"Competo" MMC
6 mart 2020-ci il tarixində "BirKart BOKT MMC "Competo" MMC-nin (“asılı müəssisə”) nizamnamə kapitalının 25%-ni satın almışdır. 2024-cü il ərzində "BirKart" öz asılı müəssisəsinə 20 milyon 861 min manat məbləğində investisiya qoyaraq "Competo" MMC-də səs hüququ verən payını 48%-dən 60,3%-ə yüksəltmişdir. Bunun nəticəsində "Competo" MMC Bankın törəmə müəssisəsinə çevrilmişdir.
Daha sonra 2024-cü il ərzində "BirKart BOKT" "Competo" MMC-yə əlavə 31 milyon 245 manat investisiya yatırmış və törəmə müəssisəyə ümumi investisiyanın dəyəri 85 milyon 996 min manat olmuşdur.
Nəticədə 31 dekabr 2024-cü il tarixinə Bankın "Competo" MMC-də payı 70,47% təşkil etmişdir.
"PashaPay" MMC
31 dekabr 2025-ci il tarixinə "Kapital Bank" "PashaPay" MMC-nin (“törəmə müəssisə”) 99,99%-nə sahibdir. Şirkət elektron ödənişlər və nağd ödəniş terminalları bazarında fəaliyyət göstərir.
2024-cü il ərzində "Kapital Bank" birbaşa olaraq "PashaPay "MMC-nin nizamnamə kapitalına 22 milyon manat əlavə investisiya qoymuş və nəticədə törəmə müəssisənin nizamnamə kapitalı 40 milyon 22 manat təşkil etmişdir. Həmin tarixə Bankın payı 99,99% səviyyəsində qalmışdır.
2025-ci il ərzində "Kapital Bank" "PashaPay" MMC-yə 33 milyon 845 manat əlavə kapital töhfəsi vermişdir. Bu vəsait "Competo" MMC-yə yenidən investisiya məqsədi ilə yönəldilmişdir. Nəticədə, törəmə müəssisənin nizamnamə kapitalı 73 milyon 867 min manat təşkil etmişdir (31 dekabr 2024: 40 milyon 22 min manat). Bankın "PashaPay" MMC-də sahiblik payı 31 dekabr 2025-ci il tarixinə də dəyişməyərək 99,99% olaraq qalmışdır.
"Red Hearts Foundation"
31 dekabr 2025 və 2024-cü il tarixlərinə törəmə müəssisə "Red Hearts Foundation"nın 100%-nə sahibdir. Fond 15 dekabr 2020-ci ildə təsis edilmişdir. “Red Hearts” (“Qırmızı Ürəklər”) Fondu qeyri-kommersiya və qeyri-hökumət təşkilatı kimi ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağı hədəfləyir. Fond cəmiyyətin inkişafına və rifahına, ətraf mühitin və heyvanların mühafizəsinə yönəldilmiş layihələr həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 7 saat əvvəl
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
1 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
1 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
1 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
1 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
-
1 gün əvvəl
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
-
1 gün əvvəl
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Son Xəbərlər
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
İş elanlarına bax - azvak.az
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb
İnternetdən narazı olanların NƏZƏRİNƏ – Bu sorğuda iştirak edin
Avqustun 1-də gözlənilən hava şəraiti
AccessBank-ın OK kredit kartı ilə alış-veriş daha sərfəlidir



























