970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Birjanın yaydığı məlumata görə, səhmlərin ilkin ticarət qiyməti və buraxılış həcmi abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək.

Xəbər verdiyimiz kimi, "PAŞA Bank" nominal nizamnamə kapitalının 5%-i həcmində və ya cəmi nominal dəyəri 18 milyon 658 min 520 manat olan yeni səhmlər (hər birinin nominal dəyəri 20 manat olan 932 min 926 ədəd) emissiya edib. Səhmlər İlkin Kütləvi Təklif (İPO) şəkilində təklif olunacaqdır. Səhmlərin təklif qiyməti abunə yazılışı müddətindən 5 iş günü əvvəl Emitentin internet səhifəsində və anderrayterlər tərəfindən elan ediləcəkdir. Yerləşdirmədən sonra səhmlərin bazar qiyməti və likvidliyi dəyişkən ola bilər və aktiv ticarət bazarı formalaşmaya bilər. 

Hazırda "PAŞA Bank"ın nominal nizamnamə kapitalının məbləği 354 milyon 511 min 800 manatdır (hər bir səhmin nominal dəyəri 20 Azərbaycan manatı olmaqla 17 725 590 ədəd səhm).

Nominal qiymətindən əlavə səhmlərin təklif qiyməti elan ediləcəkdir. Səhmlərin bazar qiyməti isə ticarət zamanı formalaşacaqdır. Listinqdən sonra qiymət makroiqtisadi şərait, faiz dərəcələri, investor gözləntiləri və sektor riskləri səbəbindən dəyişkən ola bilər. 

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1012006628

Səhmlərin növü və forması:  Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  932 926 ədəd

İlkin ticarət qiyməti:  Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Buraxılış həcmi:  Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək

Ticarətə buraxılma tarixi: Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək

Əsas Anderrayter:  Anderrayter

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC,  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC,  “Unicapital İnvestisiya Şirkəti” ASC

PAŞABANK ASC BFB BakıFondBirjası ListinqKomitəsi Ticarətəİcazə səhmlər adi sənədsiz adılsəhmlər Kütləvi AbunəYazılışı 932926 NominalKapital 18568520 20AZN İlkinTicarətQiyməti BuraxılışHəcmi QiymətFormalaşması Anderrayter PAŞAKapitalİnvestisiyaŞirkəti ABB-InvestİnvestisiyaŞirkəti UnicapitalİnvestisiyaŞirkəti
03.04.2026 17:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18