"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
Tramp İrana hücumların davam edəcəyini bildirib və daha çox amerikalı itki ilə bağlı xəbərdarlıq edibABŞ Prezidenti Donald Tramp hücumlar nəticəsində İrandakı əsas hərbi komanda heyətinin “məhv edildiyini” iddia edərək, “Hazırda hərbi əməliyyatlar bütün gücü ilə davam edir və bütün hədəflərimizə çatana qədər davam edəcək” deyib.
MArja xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı təxminən 6 dəqiqəlik videoda ölkəsi ilə İsrailin İrana qarşı hücumlarını dəyərləndirib.
O, İranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus yüzlərlə obyektin vurulduğunu və İrana məxsus 9 gəminin məhv edildiyini bildirib. Tramp, həmçinin İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürüldüyünü qeyd edib.
İranın “əksər hərbi komanda heyətinin” məhv edildiyini və qalanların təslim olmaq və toxunulmazlıq istədiklərini iddia edən Tramp, “Hazırda hərbi əməliyyatlar bütün gücü ilə davam edir və bütün hədəflərimizə çatana qədər davam edəcək. Çox güclü hədəflərimiz var. İki həftə əvvəl nəsə edə bilərdilər, amma bacarmadılar” deyə əlavə edib.
“Daha çox Amerika əsgəri ölə bilər”
Tramp indiyədək 3 Amerika əsgərinin öldüyünü bildirərək, “Təəssüf ki, daha çox itki olacaq. Bu iş belədir. Yəqin ki, daha çox olacaq, amma bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik” ifadələrini işlədib.
İranın nüvə silahına sahib olmasına icazə verə bilməyəcəklərini bir daha vurğulayan Tramp, İranın “terrorun sponsorluğunu edən” ölkə olduğunu iddia edib və bununla da mübarizə apardıqlarını bildirib.
İran xalqına “ölkənizi geri alın” çağırışı
İran xalqına və İran təhlükəsizlik qüvvələrinə də müraciət edən Tramp, “İnqilab Keşikçilərinə, İran ordusuna və polisinə bir daha silahlarını yerə qoyaraq tam toxunulmazlıq əldə etməyi tövsiyə edirəm, əks halda ölümlə üzləşəcəklər. Azadlığı arzulayan bütün vətənpərvərləri cəsarətli, təşəbbüskar və qəhrəmancasına davranmağa və ölkələrini geri almağa çağırıram. Amerika sizinlədir” deyə bildirib.
ABŞ-İsrail hücumları və İranın cavab addımları
İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam etdiyi bir vaxtda 28 fevralda İrana hərbi hücum başlayıb.
İran isə İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Əli Xamenei ilə yanaşı çoxlu sayda yüksək vəzifəli şəxs həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti ölkəyə qarşı bombardmanlar nəticəsində 201 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 22 d. əvvəl
-
36 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















