"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
"Prime Cotton" orqanik pambığının tarladan son məhsula qədər tam izlənə bilən, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə idarə olunduğu rəsmi olaraq təsdiqləndi.(®) "Prime Cotton" MMC orqanik və dayanıqlı istehsal sahəsində mühüm beynəlxalq nailiyyətə imza atmışdır.
Şirkət GOTS – Global Organic Textile Standard sertifikatını uğurla əldə edərək, orqanik pambığın tarladan son məhsula qədər tam izlənə bilən, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə idarə olunduğunu rəsmi olaraq təsdiqləmişdir.
Bu nailiyyət Prime Cotton üçün sadəcə növbəti sertifikat deyil — məsuliyyətli istehsal, dayanıqlı idarəetmə və qlobal bazarlara inteqrasiya strategiyasının real nəticəsidir. GOTS dünyada orqanik tekstil sahəsində ən nüfuzlu və ən tələbkar standartlardan biri hesab olunur və ekoloji, sosial və idarəetmə meyarlarını vahid çərçivədə birləşdirir.
GOTS sertifikatı aşağıdakı əsas tələbləri əhatə edir:
• Orqanik xammalın tam izlənəbilənliyi – tarladan ipliyə və son məhsula qədər;
• Ətraf mühit üzrə ciddi tələblər – zərərli kimyəvi maddələrin məhdudlaşdırılması, tullantıların və çirklənmənin azaldılması;
• Sosial uyğunluq və əmək hüquqları – etik əmək standartları, təhlükəsiz və sağlam iş şəraiti;
• Şəffaf audit və beynəlxalq nəzarət mexanizmləri – müstəqil yoxlamalar və davamlı uyğunluq.
Bu sertifikatla Prime Cotton Azərbaycan pambıq sektorunda tarixi bir addım ataraq, GOTS standartı üzrə sertifikatlaşmış öncül şirkətlərdən biri kimi mövqeyini möhkəmləndirir və yerli pambığın qlobal tekstil dəyər zəncirində etibarlı, məsuliyyətli və yüksək dəyərli məhsul kimi tanınmasına mühüm töhfə verir.
Prime Cotton MMC-nin Baş İcraçı Direktoru Rövşən Mahmudov bu nailiyyəti belə dəyərləndirib:
“GOTS sertifikatı bizim üçün yalnız uyğunluq göstəricisi deyil, illərdir formalaşdırdığımız strateji baxışın məntiqi nəticəsidir. Biz orqanik pambığı sadəcə istehsal etmirik — onu məsuliyyətlə idarə edir, bütün mərhələlər üzrə izlənə bilənliyi təmin edir və beynəlxalq tələblərə uyğun şəkildə qlobal bazarlara təqdim edirik. Bu sertifikat Prime Cotton-un şəffaflıq, dayanıqlılıq və beynəlxalq etibar yolunda atdığı ən güclü addımlardan biridir.”
Qeyd edək ki, GOTS sertifikatı Prime Cotton MMC-nin artıq malik olduğu OEKO-TEX® Standard 100, USDA Organic, Higg FEM, Sedex Supplier Plus, ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, Geodentify mənşə təsdiqi və International Cotton Association (ICA) üzvlüyü kimi beynəlxalq sertifikat və təşəbbüsləri tamamlayaraq şirkətin izlənəbilənlik və məsuliyyətli istehsal sahəsində formalaşmış lider mövqeyini möhkəmləndirir.
Prime Cotton MMC qarşıdakı dövrdə şəffaflıq, dayanıqlılıq və qlobal inteqrasiya prinsiplərini əsas götürərək beynəlxalq sertifikatlaşma, innovativ yanaşmalar və strateji tərəfdaşlıqlar istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
(+994 55) 515 01 01
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















