Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı
"2025-ci ilin sonuna dair proqnozlarımıza əsasən, cari əməliyyatlar balansının profisiti 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. Ölkəmizin strateji valyuta ehtiyatları 2025-ci ilin nəticələrinə görə 14 milyard ABŞ dolları artmışdır. Bu isə illik əsasda təxminən 19,8 faiz artım deməkdir və ehtiyatların həcmi 85,1 milyard ABŞ dolları səviyyəsində formalaşmışdır.
Marja.az -ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 11,5 milyard ABŞ dollarına çatmışdır. Mərkəzi Bankın ehtiyatları cari əməliyyatlar balansının 9 aylıq statistikası əsasında 38 aylıq mal və xidmət idxalının ödənilməsinə kifayət edir.
Ümumilikdə, ölkəmizin strateji valyuta ehtiyatları geniş pul kütləsinin (M2) 3,6 dəfə çoxdur.
"Monetar şəraitə qısa şəkildə toxunmaq istərdim. 2025-ci ildə də bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərmişdir. İlin sonunda izafi likvidliyin səviyyəsi 2,9 milyard manat təşkil etmişdir. Buna baxmayaraq, Mərkəzi Bank monetar əməliyyat çərçivəsində mövcud olan bütün alətlərdən istifadə edərək, əsas istinad faiz göstəricisi olan AZIR indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşdur. Bu prosesi siz artıq gündəlik əsasda izləyə bilərsiniz".
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları da açıqlayıb:
"2026–2027-ci illər üzrə proqnozlara gəldikdə, ilk növbədə inflyasiya ilə bağlı qeyd edim ki, 2026-cı ildə inflyasiyanın 5,5 faiz, 2027-ci ildə isə 4 faiz səviyyəsində olacağı gözlənilir.
İnflyasiya proqnozlarının aşağı istiqamətdə yenidən nəzərdən keçirilməsinin əsas səbəbi, ötən ilin oktyabr proqnozları ilə müqayisədə kənd təsərrüfatı istehsalçılarının qiymətləri indeksinin artım tempinin aşağı istiqamətdə reviziya olunmasıdır. Belə ki, 2024-cü ilin oktyabr ayında 2026-cı il üçün bu göstəricinin 6,9 faiz artacağı gözlənilirdi. Lakin fevral ayı proqnozlarımıza əsasən, cari ilin sonunda bu göstəricinin 5,4 faiz artacağı nəzərdə tutulur.
Bu isə həm 2026-cı il üzrə inflyasiya proqnozunun aşağı salınmasına, həm də 2027-ci ildə inflyasiyanın 4 faiz ətrafında formalaşacağını baza olaraq proqnozlaşdırmağa imkan verir.
Ümumilikdə, orta müddətli perspektivdə, xüsusilə 2026-cı il üçün, dövlət büdcəsi xərclərinin və kredit portfelinin artımının inflyasiyaya təsiri demək olar ki, neytral, yəni çox cüzi səviyyədə qiymətləndirilir.
İqtisadi artımla bağlı proqnozlarımız nikbindir. 2026-cı ildə ümumi daxili məhsulun 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in isə 4 faiz artacağı proqnozlaşdırılır. 2027-ci il üçün isə bu göstəricilərin müvafiq olaraq 2,9 faiz və 4,3 faiz olacağı gözlənilir.
Cari əməliyyatlar balansı üzrə orta müddətli proqnozlarımız da müsbətdir. 2026-cı ildə cari əməliyyatlar balansının profisiti təxminən 2,8–3,0 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Burada qeyd etmək istərdim ki, 2026-cı il üçün bir barel neftin orta qiyməti 64 ABŞ dolları, təbii qazın isə min kubmetr üzrə orta qiyməti 269 ABŞ dolları səviyyəsində götürülür.
2027-ci ildə də cari əməliyyatlar balansının profisitinin təxminən 2,7–2,8 milyard ABŞ dolları olacağı gözlənilir.Bu il üçün neftin və qazın orta qiymətləri müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
Ümumilikdə, 2025-ci ilə baxışımız ondan ibarətdir ki, makroiqtisadi sabitlik qorunur və orta müddətli perspektivdə makroiqtisadi vəziyyətin müsbət və nikbin olacağını proqnozlaşdırırıq. Şübhəsiz ki, qəbul etdiyimiz qərarlar faktiki göstəricilərə və yenilənmiş proqnozlara əsaslanacaqdır. Növbəti qərarımızı isə bu ilin 2 aprel tarixində ictimaiyyətə açıqlayacağ",- Mərkəzi Bankın sədri deyib.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 5 gün sonra
-
- 2 gün sonra
-
4 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
4 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 4 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər






















