Bakı Metropoliteni: Zərərlər aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranır
Bu il gedişhaqq 60 qəpiyə qaldırılıb."Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranan zərərləri kompensasiya etmək, habelə yeraltı nəqliyyat infrastrukturunun saxlanması, təkmilləşdirilməsi və genişləndirilməsi üçün zəruri olan kapital xərclərini qarşılamaq məqsədilə Şirkətə maliyyə dəstəyi göstərir. 2025, 2024 və 2023-сü illər üzrə əməliyyat zərərlərini qarşılamaq üçün Hökumətdən müvafiq olaraq 42 milyon 662 min manat, 50 milyon manat və 38 milyon 416 min manat məbləğlərində subsidiyalar alınmışdır. Rəhbərlik 2026-cı ildə Hökumət tərəfindən ən azı 40 milyon məbləğində subsidiyanın ayrılacağını gözləyir".
Marja.az xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatında bildirilir.
Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139 milyon 616 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 76 milyon 875 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Bakı Metropoliteni"nin xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 62 milyon 741 min manat və ya 81,6% artıb. 31 dekabr 2024-cü il tarixində "Bakı Metropoliteni"nin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata çatıb (2023-cü ilin sonunda 2 milyard 969 milyon 924 min manat).
Hesabatda qeyd edilib ki, 2025-ci ildə Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün Şirkətə 42 milyon 662 min manat subsidiya ayırmışdır.
Əlavə edilib ki, 2025-ci ildə Şirkət Hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73 milyon 630 min manat kapital vəsaiti almışdır. 20 fevral 2025-ci il tarixində Şirkət Maliyyə Nazirliyindən ilin sonunda qaytarılmaq şərti ilə 244 milyon 800 min faizsiz kredit almışdır.
24 iyul 2025-ci il tarixində Şirkətin Tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilmişdir. Qeyd edilib ki, bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi və müasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
19 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
1 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
2 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Ən çox oxunanlar
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb















.jpg)




